02:13 Bazar Ertəsi, 22 Yanvar 2018
İDMAN

​ Azərbaycanlı idmançı dünya çempionu oldu

16:55, 13.11.2017440
​ Azərbaycanlı idmançı dünya çempionu oldu
Azərbaycanlı idmançı dünya çempionatından qızıl medalla qayıdıb.
 
AZXEBER.COM xəbər verir ki, Ceyhun Əliyev Gürcüstanda keçirilən Hap Ki Do üzrə dünya çempionatında qızıl medal qazanıb. Ceyhun Əliyev bundan başqa döyüş növləri üzrə Azərbaycan çempionatının, dünya kubokunun, ölkədaxili və dünya miqyaslı yarışların qalibi olub. Bundan başqa Ceyhun Əliyev 5-10 dekabr tarixində Türkiyənin İstanbul şəhərində keçiriləcək döyüş növləri üzrə dünya çempionatına qatılacaq. İdmançımıza uğurlar arzulayırıq. Hapkido Federasiyasının rəhbəri isə Süleyman Məmmədlidir. Bir çox döyüş növlərini Azərbaycana məhz o gətirib.
 
Belə ki, Azərbaycanda taekvondonun, hapkidonun, uşunun, kikboksinqin, subakso tanqsudonun, çun kundonun, Tae Kuk Mu Sul-un, Cit Kun Do-nun, Donq Ku Yudo Kvan-ın və s. yaradıcısıdır. Ceyhun Əliyevin şəxsi məşqçisi Natiq Mehdiyevdir. O, 4 qat dünya və 4 qat Avropa çempionudr.
0
XƏBƏR LENTİ