" Əbülfəz bacımı hədələyirdi ki, məndən ayrılsan, onları öldürəcəyəm" - Susananın bacısı

19 May 2017, 16:41
AAA
"Əbülfəz Susananın saçını qırxanda böyük bacım onlara gedib, niyə belə etdiyini soruşdu. O şairə dediyiniz qayınana bilirsiniz bacıma nə cavab vermişdi? Demişdi ki, siz bacınıza yaxşı tərbiyə verməmisiniz, biz də belə tərbiyələndiririk”.

Bir neçə gün öncə yaşadığı binanın balkonundan özünü ataraq intihar edən Bakı şəhər sakini Susana Şərifovanın bacısı Əminə Oxu.Az-a açıqlamasında belə deyib.

O, bacısının qayınanası - şairə, Yazıçılar Birliyinin üzvü Simuzər Nüsrətbəylinin söylədiklərini böhtan və iftira adlandırdı. Doğma bacısının faciəsindən danışmaq Əminə xanıma çətin olsa da, müsahibə vermək məcburiyyətində qaldığını dedi: 

"Bacım günorta saat 3-də ölüb, biz 8-də saytlardan xəbər tutduq. Bacımın meyitini morqda qoyub qaçmışdılar. Bacımın ölüm videosunu görüb dəhşətə gəldik. Xəstəxanaya necə çatdığımızı bir Allah bilir. Dünən bizim başımız bacımın 3 mərasiminə qarışıb, qayınanası saytlara müsahibə verərək məni rüsvay edib.

O qadın deyir ki, guya mən "Instagram”da bacımın sinəsi açıq fotolarını paylaşıram. Yalan deyir. Mən yalnız bacımın intihar videosunu paylaşmışam. Düzdür, yazmışam ki, əri Əbülfəz ilə qayınanası onu bu həddə çatdırdılar. Ağzına gələni danışıb. Mən də onun kimi edə bilərəm, barəsində hər söz deyə bilərəm. Amma gərək hər söylədiyimizin arxasında dayana bilək. Özünü və oğlunu müdafiə etmək üçün olmayan şeylər danışaraq məni biabır edir. Onu da, müsahibə verdiyi saytı da məhkəməyə verəcəm. Mənim mövqeyimi öyrənmədən o qadının dediklərini hansı ixtiyarla yazıblar? Bacıma vermədiyi zülmlər qalmayıb, indi də deyir ki, kaş sağ olaydı, yazılanlara cavab verəydi”.

Əminə xanım bacısının əri tərəfindən mütəmadi şəkildə fiziki, psixoloji və mənəvi təcavüzə məruz qaldığını ürək ağrısıyla danışdı:

"Beş bacı olmuşuq, bir qardaş. Əri Susananı heç birimizlə ünsiyyət qurmağa qoymurdu. 2 ildir bacımla danışmırdım, yoldaşı icazə vermirdi. Deyirdi ki, gəlib onu doldurursan. Əbülfəzin özüylə 2 il 5 aydır küsülüydük. Aprelin 16-da bircə qardaşımızın toyu oldu. Buraxmadı. Heç nə demədik. Dedik iki balası var, təki mehriban olsunlar. Böyük bacım da onların toyuna getməmişdi. Çünki yeznəmiz onun narkoman olduğunu bildiyindən Susananın ona ərə getməsinə razı deyildi. Bu səbəbdən onların evlənməsini heç istəmirdik. Əbülfəz də toydan sonra Susananı bizdən ayırdı. Ata evinə gəlməyə icazə vermirdi. 

2 ay bundan əvvəl uşaqlarını evdə qoyub, qaçıb gəlmişdi. Əri döymüşdü, işgəncələr vermişdi... Qayıtmaq istəmirdi. Məhkəməyə, polisə müraciət etmişdik. Üç gündən sonra gəldi, yalvardı, dilə tutdu, apardı. Bacım uşaqlarına görə məcburən qayıtdı”. 

Əminə xanım Susananın psixoloji probleminin olmadığını, amma Əbülfəzdən həddindən artıq çox qorxduğunu deyir: 

"Bizə görə Əbülfəzdən qorxurdu. Bizi öldürəcəyilə bacımı hədələyirdi. Deyirdi ki, məndən ayrılsan, onları öldürəcəyəm. Bir tanışı metroda məni görüb, telefonla şəklimi çəkib ona göndərmişdi. O da həmin şəkili Susanaya göstərib deyirdi ki, bax, bacını izlətdirirəm. Sözümə baxmasan, öldürərəm. Qardaşımı bomba ilə partladacağı ilə hədələyirdi. Susana bizə görə çox qorxurdu. Nə qədər desək də, "boş-boş sözlərdir, inanma”, yenə də qorxurdu. Çünki Əbülfəz bacımı döyüb, gözünü qorxutmuşdu”.


Oxunma sayı : 753

SON XƏBƏRLƏR
Arif Əsgərovun Azərbaycandan qaçan oğlu şahid imiş: Keçmiş rəisin oğlu niyə qaçıb? - 22 Sentyabr 2017, 18:44
“Çelsi” rəsmən təsdiqlədi: Dieqo Kosta “Atletiko”da! - 22 Sentyabr 2017, 18:20
Prezident Səudiyyə Ərəbistanı kralını və vəliəhdi təbrik etdi - 22 Sentyabr 2017, 18:13
Ramil Usubovdan yeni təyinat - 22 Sentyabr 2017, 17:56
Sabiq nazir müavinin oğlu ölkədən çıxıb - 22 Sentyabr 2017, 17:47
Üzeyir Hacıbəyovu təhqir edən şirkət "FCB Artgroup Baku" imiş - AÇIQLAMA - 22 Sentyabr 2017, 17:43
Üç günə olan məzənnə açıqlandı - 22 Sentyabr 2017, 17:38
Həbsdə olan bələdiyyə sədri vəfat etdi - 22 Sentyabr 2017, 17:24
Toyuna dava düşən ev sahibi Rəşad Dağlının pulunu vermir - 5 min manatın davası - 22 Sentyabr 2017, 17:17
Prezident: Azərbaycan iqtisadi gücü sürətlə artan ölkədir - 22 Sentyabr 2017, 17:13
Azərbaycanlı oliqarxı ən yaxın adamı satdı - 22 Sentyabr 2017, 16:55
Xoşqədəmdən icra başçısına sərt cavab: İnsafınız olsun, Allahınız olsun - VİDEO - 22 Sentyabr 2017, 16:42
“İdeal”ı hamıya "ideal" kimi təqdim edən şəxs dələduz çıxdı - Saxtakarlıqla məşğulmuş - 22 Sentyabr 2017, 16:29
DİN: Yataqxanadakı yanğında 1 polis xəsarət alıb - 22 Sentyabr 2017, 16:26
Həbsdəki general: «Jurnalistlər yoxdursa, sözümü deyim...» - 22 Sentyabr 2017, 16:09
Samiraldonun əməliyyat xəbəri yalan çıxdı? - AÇIQLAMA - 22 Sentyabr 2017, 16:05
Qənirə Paşayevadan Kırşehirdə Qarabağ çağırışı etdi - 22 Sentyabr 2017, 15:46
"Xoşqədəm yalandan bu hadisəni şişirdib, şou düzəldir" - Bələdiyyə sədri - 22 Sentyabr 2017, 15:37
Rusiya hərbi gəmiləri Bakı limanını tərk etdi - 22 Sentyabr 2017, 15:27
Paris konservatoriyasında təhsil alan gəncdən "Sarı gəlin" ifası - VİDEO - 22 Sentyabr 2017, 15:11
“Anam bakılıdır, şəhəri bir az tanıyıram” - Milli Məclisdə çıxış edən erməni deputat - 22 Sentyabr 2017, 15:10
"Burada Azərbaycan gəncliyini düşündürən bütün məsələlər ətraflı şəkildə öz əksini tapıb" - Yusuf Məmmədəliyev - 22 Sentyabr 2017, 15:03
Moskvada azərbaycanlını öldürən şəxsin görüntüləri - 22 Sentyabr 2017, 15:02
Mətanət İskəndərli qızının toyunda bu ifası ilə hər kəsi kövrəltdi - VİDEO - 22 Sentyabr 2017, 14:57
"Məni Rəqsanənin qızı kimi təqdim edin, bəsimdir" - 22 Sentyabr 2017, 14:36
Nazirlər Kabinetindəki şöbə müdirləri kimlərdir? - TAM SİYAHI - 22 Sentyabr 2017, 14:28
"Domestos" Üzeyir Hacıbəylini təhqir etdi: Əsərinə "mikrob" yapışdırdılar - 22 Sentyabr 2017, 14:20
Mirzə Ələkbər Sabirin ev muzeyi söküldü – FOTO - 22 Sentyabr 2017, 14:11
Rus politoloqlardan etiraf: İlham Əliyev BMT-də ədalət dərsi keçdi - 22 Sentyabr 2017, 14:07
Erməni deputat: "Bakıda gəzib baxacağıq ki, erməni irsi necə qorunub” - 22 Sentyabr 2017, 13:57
“AAAF Park”ın rəhbəri həbs edildi - 22 Sentyabr 2017, 13:56
"İxtisas qruplarına daxil olan fənlərin sayı 5-dən 3-ə endiriləcək" - Təhsil eksperti - 22 Sentyabr 2017, 13:52
Müğənni Manaf bu gün oğluna toy edir: Məhərrəmliyin ilk günü - 22 Sentyabr 2017, 13:44
Azərbaycanda AA seriyalı maşın qəza törətdi - 22 Sentyabr 2017, 13:37
Avtobus sürücüsünü döyən şəxs tutuldu - 22 Sentyabr 2017, 13:33
Səhlab Bağırovdan Milli Şuranın mitinqi ilə bağlı - XƏBƏRDARLIQ - 22 Sentyabr 2017, 13:31
Nazim jurnalistlə hücum çəkdİ: "Mənim günümə əzizlərin düşsün" - VİDEO - 22 Sentyabr 2017, 13:18
“6 güllə yarası almışam, 7 ay həbsdə yatmışam, Şeyxlə aramızda ciddi problem yoxdur” - 22 Sentyabr 2017, 13:17
Dostlarını “Nar”-a gətir, 5 ay pulsuz danış! - 22 Sentyabr 2017, 13:14
Sabah hava qeyri-sabit keçəcək – XƏBƏRDARLIQ - 22 Sentyabr 2017, 12:56
Buraxılış imtahanlarına hansı fənlər salınacaq? - DİM rəhbəri açıqladı - 22 Sentyabr 2017, 12:51
AZTV sədri Arif Alışanovu dəfələrlə necə öldürmək istəyiblər? - Sui-qəsd planları yayıldı - 22 Sentyabr 2017, 12:44
Azərbaycanda dəhşətli hadisə: ata-anasını öldürüb qaçdı - 22 Sentyabr 2017, 12:33
Məleykə Abbaszadədən qəbul imtahanlarındakı yeniliklərlə bağlı - AÇIQLAMA - 22 Sentyabr 2017, 12:23
Ağır xəstə olduğunu bildi - Özünü 17-ci mərtəbədən atdı - 22 Sentyabr 2017, 12:10
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10