23:40 şənbə, 26 May 2018
İDMAN

"İçimdə olan döyüşmək əzmi məni tərk etmədi"

17:04, 18.01.2018868
"İçimdə olan döyüşmək əzmi məni tərk etmədi"
 
"Bu idman növü dözüm və iradə tələb edir" 
 
AZXEBER.COM xəbər verir ki, bu sözləri MMA döyüşçümüz İlqar Bayramov deyib.
 
O, idmana başlaması haqda danışarkən bunları deyib: "İdmana ilk dəfə Kyokushin karate ilə uşaqlıq yaşımdan başlamışam. Kikboxsinq ilə də məşğul olmağıma baxmayaraq özümü MMA və BJJ idman növümdə tapdım. Artıq 7 ildir ki, bu idaman növlərində döyüşürəm və nəticələrim də var".
 
İdmançı uğurlarında bilavasitə əməyi keçən müəllimlərindən də danışıb: "Bu ağır idman növü olmaqla yanaşı, dözüm və iradə tələb edir. Ən əsas da səbr tələb edir insandan. Mənim uğurlarımda müəllimlərim Kickboxin Həsən Yaqubovun, BJJ müəllimin Elçin Hüseynovun, MMA müəllimim Vilayət Quliyevin bilavasitə əməyi keçib. İdman karyeramda çox çətinliklərlə qarşılaşmağıma baxmayaraq heç vaxt idmandan çəkinmədim. İçimdə olan döyüşmək əzmi məni tərk etmədi və həmişə mənimlə oldu".
 
Sonda gələcək fəaliyyətindən danışan idmançı, yeniliklərinin olacağını da deyib.

Qeyd edək ki, Rampage ləqəbi ilə tanınan MMA döyüşçüsü İlqar Bayramov Respublika çempionu, beynəlxalq türnirlərin qalibi,Dünya kuboku qalibi,Dünya oyunlarının qalibi, Dünya və Avropa mükafatçısı, APG & MMA federasiyasının üzvüdür. Bununla yanaşi idmançımız BJJ & Grappling üzrə Respublika çempionu və AJJ federasiyasının üzvüdür.
 








XƏBƏR LENTİ