11:20 çərşənbə, 20 Iyun 2018
MARAQLI

1 avroya bank satıldı

22:25, 08.06.2017861
1 avroya bank satıldı
İspaniyanın "Banco Santander" bankı öz rəqibi "Banco Popular Espanol"u 1 avroya alıb.
 
AZXEBER.COM xəbər verir ki, "Banco Popular Espanol" son vaxtlar likvidlik problemi ilə üzləşib və onun səhmləri kəskin ucuzlaşıb.
 
Bankın problemlərinin həll olunması üçün "Banco Santander" ona 7 mlrd. avro pul qoymalı olacaq. Bununla belə, problemli bankın səhmdarları və onun istiqrazlarının sahibləri 3,3 mlrd. avro zərərlə üzləşəcək.
 
Qeyd edək ki, "Banco Popular Espanol"un satışı ilk dəfə ölkənin bank sisteminə ən minimal təsirlə ötüşəcək və vergi ödəyicilərinə heç bir zərər verməyəcək.
 
report.az
XƏBƏR LENTİ