08:31 Cümə, 15 Dekabr 2017
DÜNYA

"10 gündən bir uşaq zorlayırdım" deyən manyak tutuldu

14:44, 17.05.2017882
Sosial şəbəkədə yeni doğulan körpələrlə bağlı iyrənc fantaziyalarını bölüşən yeniyetmə ötən gün məhkəməyə çıxarılıb.

19 yaşlı Alan Qrey yeni doğulan körpələri qaçırmaq, zorlamaq və öldürməklə bağlı düşüncələrini dostu ilə paylaşıb.

Dünən baş tutan məhkəmədə psixoloq bildirib ki, onun bəraət qazanması mümkün deyil, çünki Alanın ciddi psixoloji problemləri var.

The Daily Record-un verdiyi məlumata görə o, həbs olunmaq üçün Ali Məhkəməyə göndərilib.

Şotlandiyanın Grinok şəhərindən olan Qrey şəxsi noutbukunda uşaqlara verilən işgəncə və təcavüzlərin olduğu videoları xüsusi qovluqlarda saxlayıb.

Qrey dostuna körpələrlə bağlı qorxunc mesajlar göndərib və onunla bu mövzuda müzakirə edib.

Mesajların birində yazılıb: "10 gündən bir uşaq zorlayırdım. Ha-ha-ha".

13 yaşından bəri uşaq pornoqrafiyası ilə maraqlanan Qrey başqa bir mesajında yazıb: "25 yeni doğulan körpə öldürdüm. Onlar bu dünyaya işgəncə üçün gəliblər".

Məhkəmədən verilən məlumata görə, onda 19,884 ədəd uşaq işgəncəsi və təcavüzü ilə bağlı görüntülər var ki, onlardan 3764-ü videodur.

Videodakı uşaqların yaşı 12-dən azdır. 

O, ötən ilin iyun ayından etibarən polisin nəzarəti altındadır.

Günahını etiraf edən Qrey həbs olunub.
///Milli.Az
0
XƏBƏR LENTİ