16:28 Cümə, 28 Fevral 2020
SOSİAL

"10 yaşlı Nərminin cənazəsini evə gətiririk"- Qənirə Paşayeva

19:04, 07.01.20209555
"Cənazəni evə gətiririk"

Bu gün ölkə gündəmini 40 gündür itkin düşən Nərminin yandırılaraq evinin yaxınlığına atılması xəbəri silkələyib.

 Hal-hazırda Tovuzda olan millət vəkili Qənirə Paşayeva AZXEBER.COMA- açıqlama verib. O deyib ki, 10 yaşlı Nərminin cəsədinin ekspertiza prosesi artıq başa çatıb: "Gün ərzində Tovuz rayon mərkəzi xəstəxanasında və Nərminin doğma kəndi olan Dondar Quşçu kəndindəki evində olmuşuq. Artıq ekspertiza işləri bitib. Cənazəni evə gətiririk. Kimin günahkar olduğunu məhkəmə ekspertizasının rəyindən sonra hüquq mühafizə orqanları deyəcək.  Bakıdan gələn ekspertlər ekspertizanı həyata keçirirlər.Ancaq onu deyə bilərəm ki, bütün güc strukturları, hadisə ilə bağlı Respublika Prokurorluğu, Daxili İşlər Nazirliyi ciddi şəkildə araşdırma aparır.İş Daxili İşlər Nazirliyinin və Baş Prokurluğun ciddi nəzarətindədir. Bütün gün Rayon polis rəisi və prokuroru bu proseslərlə bağlı ciddi işlərin aparıldığını vurğuladılar.
Nərminə Allahdan rəhmət,əzizlərinə səbr diləyirik. Ümid edirəm ki, qatil tez bir zamanda tapılıb layiq olduğu cəzanı alacaq".
 
Günel Hüseynli
XƏBƏR LENTİ