14:24 Bazar Ertəsi, 09 Dekabr 2019
TOP4

11 yaşlı uşaq şor yedi, ayaqları tutuldu - Azərbaycanda uşağı aylarla xəstə yatağına salan xəstəlik

21:57, 29.07.20198550
11 yaşlı uşaq şor yedi, ayaqları tutuldu - Azərbaycanda uşağı aylarla xəstə yatağına salan xəstəlik
Azərbaycanda Ucar rayonunda bir ailənin 11 yaşlı övladını aylarla müalicələrə məhkum edən xəstəliyin mənbəyinin aparılan analizlərdən sonra şor olduğu məlum olub.

Belə ki, 11 yaşlı Nicat bir səhər evlərindən öz inəklərinin südündən hazırlanan şor yeyib, axşama doğru uşağın halı pisləşib. Qızdırma, halsızlıq və ayaqlarının heysiz olmasını valideynləri adi soyuqdəyməyə yozur. Lakin getdikcə uşağın vəziyyəti ağırlaşır və o yataqdan qalxa bilmir. 

AZXEBER.COM medicina.az-a istinadən bildirir ki, rayonda diaqnoz ilk mərhələdə düzgün təyin olunmadığından uşaq Bakıya gətirilir. Aparılan analizlərdən sonra onda Brüselyoz xəstəliyi diaqnozu təsdiqlənir. 

Belə ki, şorun hazırlandığı süddə heyvandan keçən xəstəlik törədicisi olub  və süd yaxşı sterilə edilməyib. Xəstə inəkdən hazırlanan şoru yeyən uşağa bu  mikroblar keçib. Eyni süddən qəbul edən anada da bu xəstəlik olub, amma qadın özü sağalmışdı. 

Uşaq aylarla davam edən müalicədən sonra səhhətinə qovuşub, lakin həkimlərin bildirdiyinə görə, mikrob orqanizmdən təmizlənməyəcək və uzun müddət fəsadlar verə bilər. Nicat hələ də müalicələrə davam edir və bir şorun yaratdığı fəsadlara görə bu vaxta kimi müayinə və müalicələr ailəyə 2300 manata başa gəlib.
XƏBƏR LENTİ