08:10 Bazar Günü, 25 Fevral 2018
DÜNYA

14 yaşlı qızı "çay evi"nə apardı: yarıçılpaq fotolarını çəkdi

16:03, 28.04.20175199
14 yaşlı qızı

 

Türkiyənin Diyarbəkir rayonunda telefonla tanış olduğu 14 yaşlı qız uşağını "çay evi"nə aparıb, çılpaq fotolarını çəkən 23 yaşlı A. Ö.-yə hökm oxunub. 

Diyarbakır Respublika Baş prokurorluğunun hazırladığı iddianaməyə görə, şübhəli A. Ö. 2009-cu ildə E.A.-ya zəng edərək tanışlıq təklif edib. Təklifi qəbul edən qızı 15 gün sonra çay evinə dəvət edən A.Ö. iddiaya görə burada onun yarıçılpaq fotolarını çəkib. Şikayətdən sonra prokurorluq şübhəli A. Ö. haqqında 3 ildən 8 ilə qədər həbs qərarının çıxarılmasını hakimdən tələb edilib.
 
İfadəsi alınan zərər çəkmiş E.A. isə hadisədən sonra ərə getdiyini və uşaq sahibi olduğunu ifadə edərək: "2009-ci ildə mənim uşaqlıq vaxtlarıma aid bir hadisədir. Mən hadisəni əvvəl də izah etmişdim. Şikayətçi deyiləm. Heç kim bu qərarıma görə mənə təzyiq etmir", - deyib.

Qərarını açıqlayan məhkəmə şübhəli A.Ö.-nü 2 il 6 ay azadlıqdan məhrum edib.

 
///Mili.Az 
0
XƏBƏR LENTİ