21:52 çərşənbə, 17 Oktyabr 2018
DÜNYA

16 yaşında hamilə qalan qız əlil oldu, uşağını itirdi - FOTO

14:20, 03.10.20184695
16 yaşında hamilə qalan qız əlil oldu, uşağını itirdi - FOTO
Hamilə yeniyetmə tatuaj etdirdiyinə görə bətnindəki körpəsini itirib və ömürlük əlil arabasına məhkum olub.

Kolumbiyada 16 yaşlı hamilə qadın tatuaj etdirdiyinə görə bədəninə infeksiya düşüb.

Qızın sağ sinəsinə etdirdiyi döymə onun həyatını qaraldıb. Belə ki, o, həm körpəsini itirib, həm də onurğasını zədələyib.

Həkimlərin dediyinə görə, infeksiya onurğa sütununu zədələdiyinə görə Luisa Fernanda bir daha gəzə bilməyəcək.

O, infeksiyanın səbəb olduğu iltihabı əməliyyatla çıxartdırdıqdan sonra xeyli dərman atdığına görə kor bağırsağında da problem yaranıb və uşağını da itirib.

Çoxlu dərman qəbul etdiyimə görə, körpəm bətnimdə öldü

Həvəsi başına bəla olan qız bu barədə mətbuata məlumat verərək gəncləri tatuaj etdirərkən diqqətli olmağa çağırıb.
 
///Milli.Az
 

 

 

 


XƏBƏR LENTİ