23:22 Bazar Ertəsi, 24 Iyun 2019
TOP4

16 yaşlı azərbaycanlı qızı 40 yaşlı qohumu zorladı - uşaq dünyaya gətirdi

11:33, 06.06.20196081
16 yaşlı azərbaycanlı qızı 40 yaşlı qohumu zorladı - uşaq dünyaya gətirdi
Gürcüstanın Laqodexi rayonunun azərbaycanlılar yaşayan Qabal kəndində məktəblərin birinin 11-ci sinif şagirdi uşaq dünyaya gətirib.

AZXEBER.COM Report-a istinadla xəbər verir ki, 16 yaşlı məktəbli qız sinifdə özünü pis hiss edib və məktəbə təcili tibbi yardım çağırılıb.

Qızın hamilə olduğu müəyyən olunub və xəstəxanaya çatdırılandan bir neçə saat sonra o, uşaq dünyaya gətirib.

Müəllimlərin bildirdiyinə görə, məktəbli hamilə olduğunu bilməyib. Yeniyetmənin ötən ilin sentyabrında qonşusu və qohumu, 40 yaşlı kişi tərəfindən zorlandığı məlum olub.

Gürcüstanın Daxili İşlər Nazirliyi Qabal kəndində yeniyetmənin uşaq dünyaya gətirməsi faktını təsdiq edib. Faktla bağlı istintaq başlayıb.
XƏBƏR LENTİ