02:35 çərşənbə Axşamı, 21 May 2019
SOSİAL

2-3 sakinin borcuna görə 500 ailənin suyu verilmir

14:19, 25.02.20171793
2-3 sakinin borcuna görə 500 ailənin suyu verilmir
Nəsimi rayonu, Qulu Quliyev küçəsi, 11/13-dəki binada yaşayan 500-dək ailə 3 gündür su üzünə həsrət qalıb. Suyun verilməməsinin səbəbi isə bir neçə sakinin su pulunu vaxtında ödəməməsidir.

Bu barədə virtualaz.org saytına sakinlər məlumat veriblər.

Şikayətçilərin sözlərinə görə, 2-3 borclu abonentə görə bütün binanın suyu kəsilib. "Nəsimi rayon Sukanal İdarəsinə müraciət etdik, borclu abonentlərin əvəzinə pul ödəməyimizi məsləhət gördülər. İki-üç sakinə görə pulu vaxtında ödəyənlərin suyu verilmir. Bizə dedilər ki, ya pulu onların əvəzinə siz ödəyin, ya da onlara təzyiq edin”, - şikayətçilər deyiblər.

Sakinlərin "Azərsu” Açıq Səhmdar Cəmiyyətinə müraciətindən sonra su müvəqqəti də olsa verilib, lakin bu dəfə qrafiki dəyişiblər. "Gecə saatlarında fasilələrlə su verildi. Bir qab içməli su götürmək üçün gecə səhərə kimi su borusunun qarşısında keşik çəkməli olduq”, - deyə müraciətdə qeyd olunur.

Nəsimi rayonu Sukanal İdarəsindən isə deyiblər ki, şikayət varsa araşdırma aparılacaq: "Hazırda bütün əməkdaşlarımız ərazilərdədir. Yəqin ki, şikayət varsa tədbir görüləcək”.

XƏBƏR LENTİ