00:31 şənbə, 24 Fevral 2018
SOSİAL

2 yaşlı uşağı öldürən azərbaycanlı qadına 12 il həbs - Qandonduran cinayət

13:25, 23.08.2017462
2 yaşlı uşağı öldürən azərbaycanlı qadına 12 il həbs - Qandonduran cinayət
Rusiyanın İvanovo vilayət məhkəməsi 25 yaşlı azərbaycanlı qadın Gülxar Şirəliyev 12 il 6 ay müddətinə azadlıqdan məhrum edib.
 
O, 2 yaşlı ögey qızının qətlində ittiham olunub.

Məlumata görə, məhkəmə istintaqı sübut edib ki, Şirəliyeva bir qədər əvvəl həyat yoldaşından ayrılmış Azərbaycan vətəndaşıyla ailə qurub. 2 yaşlı qız isə atasıyla qalırmış. Uşağı qısqanan Gülxar onu gəzdirmək adıyla evdən çıxararaq İvanovo şəhəri yaxınlığından keçən Xarinka çayı sahilinə gətirib. Bundan sonra isə onu çaya atıb.
 
///lent.az
0
XƏBƏR LENTİ