22:13 çərşənbə, 19 Sentyabr 2018
İDMAN

20 yaşlı futbolçu öldürüldü

15:42, 10.09.20182027
20 yaşlı futbolçu öldürüldü
Fransanın "Sent-Etyen" klubunun futbolçusu Vilyam Qomis silahlı atışmanın qurbanı olub.

Qol.az-ın Fransa mətbuatına istinadən yaydığı xəbərə görə,  "Var-Matin" nəşrinə istinadən xəbər verir ki, hadisə Mer şəhərində olub.
 

Sentyabrın 9-dan 10-na keçən gecə baş verən atışmada 20 yaşlı oyunçu ilə yanaşı 14 yaşlı yeniyetmə də güllələnib. Fransa klubu məsələ ilə bağlı rəsmi açıqlama verməyib. 

Qeyd edək ki, "Sent-Etyen”in B komandasında çıxış edən  Vilyam Qomis klubun sabiq futbolçusu Bafetimbi Qomisin qohumudur. 
XƏBƏR LENTİ