02:36 çərşənbə Axşamı, 21 May 2019
İQTİSADİYYAT

2016-cı ilin əvvəlinə qədər daha 3 bankın fəaliyyəti dayandırıla bilər – PROQNOZ

16:39, 13.07.20151316
2016-cı ilin əvvəlinə qədər daha 3 bankın fəaliyyəti dayandırıla bilər  – PROQNOZ
“EvroBank" fəaliyyətsiz bank idi və ötən cümə günü onun lisenziyasının geri alınması ilə bağlı qərar sadəcə formal xarakter daşıyırdı.
“EvroBank” ASC-nin bank lisenziyası ləğv edilməsi, “Azərbaycan Kredit Bankı” ASC-yə isə müvvəqəti inzibatçı təyin edilməsi ilə bağlı Mərkəzi Bankın verdiyi qərara münasibətini açıqlayan iqtisadçı-ekspert Vüqar Bayramov SalamNews-a açıqlamasında bildirib ki, həmin bank xeyli müddətdir ki, ən adi bank funksiyalarını belə yerinə yetirmirdi: “Bu baxımdan, bank həm də simvolik olaraq “müştərisiz bank” kimi tanınırdı”.
Onun sözlərinə görə, ölkədə olduqca az insan bu adda bankın olmasından xəbərdar idi: “Ona görə də, əsas söhbət xeyli müddət öncə müflis olmuş bankın rəsmi olaraq bağlanmasından gedir. Azərbaycan Kredit Bankının isə minimum məcmu kapital ilə bağlı öhədliklərin yerinə yetirilməsində çətinlikləri vardı. Sözügedən bank minumum məcmu kapitalını ötən ilki 5.8 milyon manatdan bu ilin aprelinə 49 milyon manata çatdıra bilməsinə baxmayaraq, hələ də Mərkəzi Bank məlum tavanına əməl edə bilmirdi. Eyni zamanda, bankın idarəedilməsində, xüsusən də risk menecmentində problemlərin olması da istisna edilmir. Buna görə də belə bi qərar qəbul edilib”.
Bu qərarın bütövlükdə bank sektoruna ciddi təsir göstərməyəcəyini deyən V.Bayramov hesab edir ki, söhbət marjinal təsirləri olan banklarla bağlı qəbul edilən qərardan gedir: “Bununla yanaşı, ötən ilin payızında proqnozlaşdırıldığı kimi, 5 bankla bağlı oxşar qərarların qəbulu gözlənilir. Deməli, bu ilin ikinci yarisi və gələn il əvvəlinə qədər daha 3 bankın fəaliyyətinin məhdulaşdırılması ilə bağlı qərar qəbul ediləcəyi istisna deyil. Bank sektorundakı mövcud vəziyyəti nəzərə alaraq, MB-ın banklarların konseldasiyasına çalışması və zəif bankların birləşdirilməsi prosesini stimullaşdırması daha məqsədəuyğun olardı”.
XƏBƏR LENTİ