02:53 çərşənbə Axşamı, 21 May 2019
SOSİAL

İnstagramda yeni funksiya

10:30, 25.02.20171098
İnstagramda yeni funksiya

 

"Instagram" istifadəçiləri tezliklə çoxdan gözlənilən funksiyasını əldə edəcəklər.

Bundan sonra onlar bir postda ona qədər şəkil və video yükləyə biləcəklər. Bu barədə xidmətin rəsmi bloqunda bildirilir.
 
Funksiya özünün sadəliyi ilə öyünə bilər. Onlarla şəkil və video çarx yükləmək üçün, sadəcə, dərclər bölməsinə daxil olmaq və xüsusi düyməyə sıxmaq lazımdır. Bundan sonra materialların hər birini ayrı-ayrılıqda redaktə etmək və ya bütün şəkil və videolar üçün yeganə filtr yükləmək mümkündür. Şəkillərin sıralanması onların üzərinə sıxılma sırası ilə davam edir.
 
Modernləşdirilmiş postlar lentdə aşağısında mavi nöqtə ilə işarələnəcək. Dərclərə baxmaq üçün onların üzərində barmaqla hərəkət etmək lazımdır.
 
Şirkət bildirir ki, yeni funksiya martın əvvəlindən bütün istifadəçilərin istifadəsinə veriləcək.


 
///lent.az
XƏBƏR LENTİ