ANS-lə bağlı qərar verildi

19 Aprel 2017, 17:10
AAA

 

Bu gün Ali Məhkəmədə "ANS ÇM Yayım və Media" və "ANS Müstəqil Yayım və Media" şirkətlərinin Bakı Apellyasiya Məhkəməsinin qərarlarından verdiyi kassasiya şikayətlərinə baxılıb. 

Müvafiq olaraq hakimlər Kəmaləddin Bədəlov və Azər Hüseynovun sədrliyi ilə keçirilən proseslərdə Bakı Apellyasiya Məhkəməsinin qərarları qüvvədə saxlanıb, ANS-in şikayətləri təmin edilməyib. 
 
Qeyd edək ki, Milli Televiziya və Radio Şurasının (MTRŞ) 18 iyulda keçirilmiş iclasında "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası  Qanununun 23.2.8-ci maddəsinin tələbinə uyğun olaraq "ANS ÇM Yayım və Media" Şirkətinə 25 oktyabr 2013-cü il tarixdə verilmiş TR 100 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə qərar qəbul edilib. Yayım zamanı bir neçə dəfə qanunvericiliyin tələblərinin pozulması halları əsas götürülərək ANS ÇM radiosunun xüsusi razılığı (lisenziya) ləğv olunub. "ANS ÇM Yayım və Media" Şirkəti qərardan 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə şikayət verib, şikayət təmin edilməyib.
 
Xatırladaq ki, MTRŞ Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə, Azərbaycan respublikası Baş Prokurorluğunun 18 iyul 2016-cı il tarixli müraciətini, "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 11, 23, 32-ci maddələrinin tələblərini rəhbər tutaraq "ANS Müstəqil Yayım və Media" Şirkətinin yayımının 18 iyul 2016-cı il tarixdən saat 18.30-dan etibarən dayandırılması barədə qərar qəbul edib. ANS MTRŞ-nin bu qərarından 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə şikayət verib. ANS-in şikayəti təmin edilməyib. Bakı Apellyasiya Məhkəməsində "ANS Müstəqil Yayım və Media" Şirkətinin 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin qərarından verdiyi şikayətə baxılıb, şikayət təmin olunmayıb.

///Apa

Oxunma sayı : 694

SON XƏBƏRLƏR
Zaur verilişində Ağadadaş Ağayevi özündən çıxartdı: Bizi bura niyə çağırmısan? - FOTO - 19 Sentyabr 2017, 20:55
Vahid Mustafayevdən sükutu pozdu — "ANS yenidən fəaliyyət göstərəcək" - 19 Sentyabr 2017, 20:22
Sabah Bakı və Abşeronun bir hissəsində qaz olmayacaq - 19 Sentyabr 2017, 20:02
Avqust ayında Azərbaycandan 969 əcnəbi çıxarılıb - 19 Sentyabr 2017, 19:35
Azərbaycanın neft sənayesi işçilərinə fəxri adlar verilib- SİYAHI - 19 Sentyabr 2017, 19:03
Bakı-Supsa neft kəmərindən oğurluğa cəhd olub - 19 Sentyabr 2017, 18:46
DİN: Tutulan futbolçunun sərbəst buraxılması barədə yayılan məlumatlar yalandır - 19 Sentyabr 2017, 17:50
Qənirə Paşayeva İndoneziya nümayəndə heyəti ilə görüşdə Qarabağ həqiqətlərindən danışıb - 19 Sentyabr 2017, 17:43
Azərbaycanda 200 manatlıq əskinas buraxıla bilər - 19 Sentyabr 2017, 17:39
“Dedilər, bit probleminin həlli üçün icra başçısına ərizə yaz” - Deputat - 19 Sentyabr 2017, 17:20
""Gazelli" zavodunda baş vermiş yanğın söndürülür" - FHN-dən rəsmi açıqlama - 19 Sentyabr 2017, 17:13
Sabahın məzənnəsi - 19 Sentyabr 2017, 17:11
Qəlyan çəkənlərə bəd xəbər - 19 Sentyabr 2017, 17:01
Hamilə arvadını döydü, yandırdı, zorla qeyri-təbii yolla əlaqəyə girdi və... - Bakıdakı dəhşətin şok təfərrüatı - 19 Sentyabr 2017, 16:36
Bakıda "Gazelli"nin zavodu yanır - VİDEO - 19 Sentyabr 2017, 16:31
"Prezidentin Azərbaycan gəncliyi ilə bağlı üçüncü proqramı qəbul etməsi bizə olan etimadın nəticəsidir" - 19 Sentyabr 2017, 16:20
Azərbaycanda hamilələr ödənişsiz təhsil ala bilər - 19 Sentyabr 2017, 16:02
"Turan"a qarşı sanksiyalar bərpa olunub? - Baş Prokurorluqdan açıqlama - 19 Sentyabr 2017, 15:48
Oğurluğa görə həbs olunan futbolçu sərbəst buraxıldı - TƏFƏRRÜAT - 19 Sentyabr 2017, 15:38
İqtisad Universitetinin maliyyə fəaliyyətində nöqsan - RƏSMİ - 19 Sentyabr 2017, 15:21
Rusiya hərbi gəmiləri Bakı sahillərində - 19 Sentyabr 2017, 15:18
Nicatla Rəşad Dağlı əlbəyaxa oldu - Toy yarımçıq qaldı - 19 Sentyabr 2017, 15:00
Baş həkimin oğlunun "Lexus"la öldürdüyü mərhumun yaxınları danışdı: "Şikayətçi deyilik" - 19 Sentyabr 2017, 14:42
“10-15 sm su düşən kimi başlayırıq "SOS" qışqırmağa” - Abid Şərifov - 19 Sentyabr 2017, 14:24
Fərid Şahbazlı: “Dövlət proqramı Azərbaycan gəncliyi üçün yol xəritəsidir” - 19 Sentyabr 2017, 14:19
Çinarə Türkiyədə konsert verəcək - VİDEO - 19 Sentyabr 2017, 14:17
Bakıda sərnişinlər saatlarla yolda qaldı: 214 nömrəli avtobus "yoxa çıxıb" - 19 Sentyabr 2017, 14:10
1-ci mikrorayonun yenidən qurulması ilə bağlı - Açıqlama - 19 Sentyabr 2017, 14:03
Həkim danışdı: "Nazim mənim həyatımı məhv eləyib" - FOTO - 19 Sentyabr 2017, 13:14
«Kingsman: Qızıl dairə» - IMAX formatında eksklüziv media nümayişi - 19 Sentyabr 2017, 13:14
Azyaşlı bacı-qardaş müəmmalı şəkildə öldü - AZƏRBAYCANDA TÜKÜRPƏDƏN OLAY - 19 Sentyabr 2017, 13:07
Çempionlar Liqasının finalı Bakıda keçirilə bilər - 19 Sentyabr 2017, 13:07
Bakının 7 rayonunda köhnə binalar sökülür - 19 Sentyabr 2017, 12:57
"Qarabağ" - "Roma" matçına bilet alanlara müraciət - 19 Sentyabr 2017, 12:49
Türkiyədə izdivac verilişinə qatılan Günel də fahişə çıxdı - FOTO - 19 Sentyabr 2017, 12:46
Uşaqlara “Oskar Ali”, “Əhməd Zorro” adlarını qoymaq istəyiblər - 19 Sentyabr 2017, 12:32
Ziya Məmmədov: "Açıqlama yerinə bağlama alarsız" - 19 Sentyabr 2017, 12:23
Tanınmış marketoloq azadlığa çıxdı - 19 Sentyabr 2017, 12:04
Xalq artisti Fuad Poladov xərçəngə tutuldu - 19 Sentyabr 2017, 11:58
ARB TV 1 il efirdə - 19 Sentyabr 2017, 11:55
Nadir: “Pərvini başa saldım ki ...” - 19 Sentyabr 2017, 11:53
Vəfat etmiş bibisinin oğlunu vəhşicəsinə öldürdü - TƏFƏRRÜAT - 19 Sentyabr 2017, 11:47
Vergilər Nazirliyi "Turan"a qarşı sanksiyanı bərpa etdi - 19 Sentyabr 2017, 11:36
Ziya Məmmədov evini satır - 750 minə - 19 Sentyabr 2017, 11:33
"Valyuta bazarı tarazlaşıb, manat sabitləşib" - Elman Rüstəmov - 19 Sentyabr 2017, 11:22
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10