Eynşteynin azərbaycanlılara məktubu

16 May 2017, 00:57
AAA

 

 

Əfsələddin Ağalarov

Mən öyrəndim sizin haqqınızda. Burada sizinkilərdən bir xeyli dostum var. Tez qaynayıb-qarışırlar. Adamla elə söhbət edirlər ki, elə bil, dünən ölüb bura gələn onlar deyil. Sanki illərdir buradaymışlar. Düzdür, aralarında ingilis dilində danışanlar çox azdır. İnciyərlər deyə, özlərinə də deyə bilmirəm. Amma yenə də alayarımçıq anlayıram nə demək istədiklərini. Bir xeyli danışdılar mənə sizin ölkə haqqında.

Bilirəm, Qarabağda məğlub olmusunuz, cəmiyyət kimi bir yumruq olmaqda çətinlik çəkmisiniz, futbolda sizinki heç gətirməyib. Onu da öyrəndim ki, elə tarix boyu qonşularınızın təcavüzünə məruz qalmısınız. Mənim yaşadığım illərdə də. Düzdür, o vaxtlar başım ancaq yazmağa-pozmağa qarışmışdı. Heç eşitməmişdim haqqınızda. Amma neynəmək olar, gec də olsa bu zarafatı sevən xalqın əslini-kökünü qurdalayıb öyrəndim.

Dediyim kimi, çətin oldu. Sizinkilərdən ingilis dilində danışanı azdır. Rus dilində amma əlasız. Sizin dilinizdə də bir iki söz öyrədiblər mənə. "Salam”, "zor şeylər var”, "mənim adım xiyardı” kimi sözləri öyrənmişəm. Dostlarım deyir ki, bu sözlər çox lazımlı sözlərdir. Ona görə əzbərlədiblər mənə.

Hə, onu deyirdim axı. Öyrəndim ki, nə küçədə öpüşə bilmisiniz, nə də öz həyatınızı yaşaya bilmisiniz. Həkimləriniz xəstələrdən pul almaq üçün onların həyatını iflic edirmiş, sağlam adamları əməliyyata alıb öldürürmüşlər. İmtahanlarda yanınızdakılardan köçürmüsünüz, öyrənməmək üçün məktəbdə müəllimə, qaydaları pozmaq üçün də yol polisinə rüşvət vermisiniz. Sözün düzü, rüşvətin nə olduğunu anlamadım. Amma dedilər ki, o elə bir şeydir ki, çox şeyi həll edirmiş. Sonra, sizin ziyalılarınızın, alimlərinizin bəziləri elmi işlərini pulla yazdırırlarmış. O adamları öz məclislərinizdə başda, əsl alimləri isə pulsuz kişi olduğu üçün masanın düz axırında otuzdururmuşsunuz. Guya siz kitab satanla küçədə məzə vurub "kişisən, özünə fərli iş tap” deyib yanınızdan qovurmuşsunuz. Alverdə sizinki gətirirmiş, onu da öyrəndim.

Mənə təzə gələnlər dedilər ki, guya siz internet deyilən dünyanı ağuşuna almış bir qutunun içində zarafatlar edirmişsiniz mənimlə. Biriniz yazırsınız ki, guya mən evdəkilərə deyirəm ki, "obşini” bağla, "bakı” aç. Sonra mən deyirmişəm ki, supun suyunu yox ətindən çəksinlər qabıma. Vallah, mən ət yeyən olmamışam. Özü də bizim evdə "bak” olmayıb. Sizin vaxtı deyə bilmərəm, amma bizim vaxtımızda vedrənin içində yuyunurduq. Yəqin çox şey dəyişib indi.

Sonra... sonra deyirlər ki, siz düşünməyi yox, oynamağı, deyib-gülməyi sevirsiz. Televiziyalarınızda da adamlar ancaq çal-çağır edirlər. Məsələn, sizdə Michael adlı bir aparıcı varmış. Hər dəfə televizora çıxanda "gəldim e, gəldim” deyə qışqırırmış. Sonra, sizdə guya sənətçilərin bəziləri özlərinə heyvanların adlarını verirlərmiş. Biri özünə əjdaha, biri ilan, biri siçovul deyirmiş. Əslində, çox maraqlı fikirdir. İnsan psixologiyası ilə heyvan psixologiyasının ortaqlaşması. Araşdıracam bu mövzunu. Yaxşı elmi iş çıxar bundan.

Kitab az oxuyurmuşsunuz, bütün gün seriallara baxırmışsınız, uşaqlarınız küçədə öz dilinizdə yox, ya rus, ya da türk dilində danışırlarmış. Amma yenə də sizi düşündürə bilmirəmsə, bu mənim səhvimdir. Çox yormayım sizi. İstədim, mənimlə hər gün zarafatlaşan xalqın nümayəndələri ilə qiyabi də olsa, tanış olum. Başınızı ağrıtdımsa, üzrlü sayın. Sonda məni xatırladığınız üçün sizə təşəkkür edirəm. Hər şey könlünüzcə olsun, odlar yurdunun övladları.

Sizi düşündürə bilməyib güldürən Albert Herman oğlu Eynşteyn...

Tarix: Zamanın olmadığı zaman

Yer: O biri dünya (dəqiq ünvan məlum deyil)

 

 


Oxunma sayı : 11537

Loading...
SON XƏBƏRLƏR
SOCAR-ın laboratoriyası beynəlxalq qarşılaşdırma testində iştirak edib - 25 İyul 2017, 18:01
Hacıqabulda qanlı insident: qonşusunu güllələndi - 25 İyul 2017, 17:56
“Hər şeyə səbəb olan Əli Abbasov çöldə, biz isə içərdəyik” – "Rabitə işi"ndə son sözlər - 25 İyul 2017, 17:52
“Sonradan bildim ki, məni sevə-sevə anamla da münasibət saxlayırdı” - 25 İyul 2017, 17:33
Səbail sakinlərindən icra hakimiyyətinə cavab: "Ağacı gecə ilə kəsib, yerini isə betonlayıblar" - 25 İyul 2017, 17:24
Kooperasiya Universitetində keçirilən imtahanda iştirak edən abituriyentlərin NƏZƏRİNƏ - 25 İyul 2017, 17:07
“Lotu Quli”nin yeznəsi azadlığa buraxıldı – Vaxtından əvvəl - 25 İyul 2017, 17:02
Mehriban Əliyevanın nəvəsi ilə -FOTOSU - 25 İyul 2017, 16:38
Aysel məşhur müğənninin klipinə çəkilir - FOTO - 25 İyul 2017, 16:19
Qənirə Paşayevaya Aksaray və Kapadokyanın(Uçhisar) Fəxri Vətəndaşlığı verilib - 25 İyul 2017, 16:16
Təhsil müəssisəsindən rekord nəticə! 20 nəfər 600-dən çox bal topladı! - 25 İyul 2017, 16:14
ABŞ-da yaşayan azərbaycanlılar üçün radio fəaliyyətə başlayır - 25 İyul 2017, 16:08
Övladları boşanan qudalar dalaşdı: oğlanın atası qızın anasını döydü - 25 İyul 2017, 16:07
Azərbaycanda icra hakiminin müavini işdən çıxarıldı - FOTO - 25 İyul 2017, 15:51
Ermənistan döyüş PUA-dan istifadə etdi: azərbaycanlı hərbçi yaralandı - 25 İyul 2017, 15:31
Səbail rayon icra hakimiyyətindən ağac kəsilməsi xəbərinə - REAKSİYA - 25 İyul 2017, 15:29
Oğlumun adı Xiyar, qızımın adını Xiyarə olsun! – BİABIRÇILIQ - 25 İyul 2017, 15:14
Növbəti doğuş terroru: Gənc ana komaya düşdü - 25 İyul 2017, 14:40
Sevgilisinin anası ilə dəfələrlə sevişdi, sonda öldürdü - Azərbaycanda dəhşətli hadisə - 25 İyul 2017, 14:25
13 yaşlı oğlan 13 yaşlı hamilə qızla evləndirildi - 25 İyul 2017, 14:22
İki gün əvvəl dənizdə batan oğlanın meyiti tapıldı - 25 İyul 2017, 14:18
Ali məktəblərə II və III qruplar üzrə qəbul planı məlum oldu - 25 İyul 2017, 14:06
Azərbaycanda bu çimərliyə kişilər buraxılmır - VİDEO - 25 İyul 2017, 13:42
Adam vurub öldürən olimpiya çempionumuza cinayət işi açıldı - 25 İyul 2017, 13:40
Azərbaycanda 19 məktəbli qız abort etdirib - 25 İyul 2017, 13:37
Azərbaycanda 25 yaşlı oğul 46 yaşlı anasını döydü - 25 İyul 2017, 13:24
Baş Prokurorluq: Xətai rayonunda qanunsuz ağac kəsən şəxslər həbs ediliblər - 25 İyul 2017, 13:12
Prezident məşhur cütlüyün nikah şahidliyini etdi - FOTO - 25 İyul 2017, 12:54
Günay İbrahimlinin yeni mahnısı da plaqiat çıxdı - VİDEO - 25 İyul 2017, 12:44
"Ərim öldü, qaynıma ərə getdim, burada nə var?!" - FOTOLAR - 25 İyul 2017, 12:31
Jurnalisti qladiator və “satqın” sayanların cığallığı - 25 İyul 2017, 12:27
Yaqub Zurufçu Ermənistana getməyə hazırlaşan Ququş haqqında bütün sirləri açdı - 25 İyul 2017, 12:25
Prezident Milli Qəhrəman Salatın Əsgərovanın oğluna da ev hədiyyə edib - 25 İyul 2017, 12:16
Dəhşətli yanğında sağ qalan azərbaycanlı uşağı qubernator nəzarətə götürdü - 25 İyul 2017, 11:49
Prezidentin nəvələri istirahətdə - FOTOLAR - 25 İyul 2017, 11:35
Aşıq Samirənin bahalı maşını - FOTO - 25 İyul 2017, 11:28
Azərbaycan bayrağı söküldü, Mübariz Mənsimov əsəbiləşdi: "Ciyərini sökərəm!" - 25 İyul 2017, 11:17
Bakıda avtobus qəzası - Xəsarət alan var - VİDEO - 25 İyul 2017, 11:09
Avqustun 1-dən sürücülər üçün 50 manatlıq cərimələr olacaq - 25 İyul 2017, 11:06
Binadan yıxılan 1 yaşlı uşaq öldü - Bakıda faciə - 25 İyul 2017, 11:01
DTX beynəlxalq kibercinayətkarları ifşa etdi - 25 İyul 2017, 10:57
Azərbaycanlı iş adamı oğluna 4 gün, 4 gecə toy etdi - FOTO - 25 İyul 2017, 10:41
Gəlini döyüb, saçını qırxdılar - Samuxda dəhşət - 25 İyul 2017, 10:20
Bakıda kafedə kütləvi dava: Yaralanan var - 25 İyul 2017, 10:12
DİN vətəndaşlara müraciət etdi - 24 İyul 2017, 18:16
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10