19:57 çərşənbə Axşamı, 20 Fevral 2018
Maqazin

Əməliyyatdan sonra əməkdar artistin halı dəyişdi - Təcili qan lazımdır

17:33, 11.07.2017780
Əməliyyatdan sonra əməkdar artistin halı dəyişdi - Təcili qan lazımdır

 

İyulun 7-də Tibb Universitetinin Cərrahiyyə şöbəsində əməliyyat olunan "Vicdan haqqı" serialının İmranı, Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist İlham Hüseynova təcili qan lazımdır.

Əldə etdiyimiz məlumata görə, aktyora "3+" rezurslu qan köçürülməlidir.

AZXEBER,COM xəbər verir ki, aktyor yenicag.az-a açıqlamasında səhhətinin yaxşı olduğunu, lakin qanazlığından əziyyət çəkdiyini deyib:

" 5 gündür ki, palataya köçürülmüşəm. İndi yaxşıyam. Qanım az olduğu üçün ayağa duranda başım hərlənir. Qan vurulacaq".

 

Cərrah Cəfər Nəsirli də saytımıza açıqlamasında aktyorun qanazlığından əziyyət çəkdiyini deyib:

"Əslində, İlham Hüseynovun əməliyyatdan öncə də qanazlığı problemi olub. Onun qana ehtiyacı var. Səhhəti yaxşıdır, iki-üç günə evə buraxılacaq".

 


0
XƏBƏR LENTİ