06:44 Cümə, 15 Dekabr 2017
MEDİA

Medianews.az saytı 5 yaşında

10:08, 23.09.2017127
Medianews.az saytı 5 yaşında

Bu gün Medianews.az saytının 5 yaşı tamam olur.

5 il öncə qızıl payızın ilk günündə ilk xəbərini oxucuya çatdıran, media aləminə qədəm qoyan Medianews.az saytı hər zaman doğru, dolğun, dəqiq və operativ şəkildə paylaşdığı informasiya ilə öz izləyici kütləsini qazanıb.

Medianews.az saytı 2012 – ci ilin sentyabr ayının 23-də fəaliyyətə başlayıb.

Sosial, ictimai, mədəni, siyasi, iqtisadi Azərbaycanda və dünyada baş verən bütün yenilikləri oxuculara çatdıran sayt, sosial məsələlərin işıqlandırılmasına da daim həssaslıqla yanaşıb.

Bu ötən 5 il ərzində oxucularımıza hər zaman aktual məsələlərə dair xəbərləri çatdırmağa çalışdıq. Hər zaman "sarı mətbuat”dan uzaq duraraq, peşə prinsiplərinə sadiq qalaraq, oxucu kütləmizi daha da artırdıq.

Gündəlik 18-20 min ziyarətçisi olan saytımızda ölkənin tanınmış yazarlarının məqalələri dərc edilir.

"Medianews” bundan sonra da çalışacaq ki, xəbər jurnalistikasının prinsip və dəyərlərinə sadiq qalsın, peşəmizi gözdən salan, dilənçilik, reketlik edən üzdəniraq "jurnalist”lərin səfinə qoşulmasın, jurnalist adının şərəfini qorusun.

AZXEBER.COM Medianews.az saytının kollektivini təbrik edir, onlara işlərində uğurlar arzulayır.

0
XƏBƏR LENTİ