Azərbaycan universitetləri: 4 il oxu, axırda da qal işsiz...

18 Oktyabr 2017, 15:45
AAA

Bütün dünyada universitetlər öz fəaliyyətlərini əmək bazarına uyğunlaşdırır. Ali məktəblərdə ixtisas seçimi edən abituriyent məhz bu meyarı - əmək bazarında daha çox tələbat olan ixtisasları seçir. Amma Azərbaycanın ali məktəblərdə onlarla ixtisas var ki, abituriyentlər onları sadəcə tələbə olmaq, hərbi xidmətdən müəyyən müddət yayınmaq və əsasən də, qohum-əqrəba içərisində "iki il hazırlığa getdi, instituta qəbul oluna bilmədi" töhmətindən qurtarmaq xatirinə seçirlər.

Həm də ixtisas seçimi  istehsalın tələbinə uyğun yox, ixtisasın dəbdə olmasına görə planlaşdırılır. Universitetlərimiz illərdir bazarı nəzərə almadan məzun istehsal edirlər, nəticədə isə hər minlərlə ali təhsilli gənc öz ixtisasına uyğun iş tapa bilmir.

Memarlıq və inşaat hara, neft-qaz hara

Digər tərəfdən, bəzi ixtisaslar var ki, onlar həmin sahə üzrə ixtisaslaşan ali məktəblərdən başqa ixtisaslaşmamış universitetlərdə də yer alır. Məsələn, neft-qaz mühəndisliyi ixtisası Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və Bakı Ali Neft Məktəbində (BANM) ilə yanaşı  Memarlıq və İnşaat Universitetində (ADMİU) də var. Hansı ki, bu ali məktəbin neft mühəndisi hazırlaması nonsensdir.

Yaxud "İqtisadiyyat" ixtisası bu sahə üzrə ixtisaslaşan Azərbaycan Dövlət İqtisad Universitetindən  (UNEC) başqa digər universitetlərdə, məsələn, Bakı Dövlət Universiteti (BDU), Azərbaycan Dillər Universiteti (ADU), ADNSU-da da tədris olunur.


Turizm və otelçilik fakültəsi təkcə Turizm və Menecement Universitetində (ATMU) deyil, həm də BDU, UNEC-də var. Marketinq və menecement ixtisasları BDU, AMİU, UNEC, ADNSU, Koopersiya Universiteti, hətta Bakı Xoreoqrafiya Akademiyasında da paralel olaraq salınıb. Biznesin idarə edilməsi, gömrük işi kimi absurdixtisaslara isə demək olar ki, bütün təhsil müəssisələrində rast gəlinir.  

Ali məktəbi bitirib ixtisasından xəbəri olmayanlar

Bu ixtisaslara nəzər yertirəndə ilk baxışdan elə görünür ki, Azərbaycanda mütəxəssis bolluğu yaşanır, amma hamı mütəxəssis qıtlığından şikayətlənir. Çünki Azərbaycan ali məktəbləri əmək bazarında tələbat olmayan ixtisaslar üzrə qəbul aparmaqla yanaşı bu kadrlara əsasən nəzəri biliklər verir.

Sirr deyil ki, ali məktəbləri bitirənlərin böyük əksəriyyəti öz ixtisasları üzrə praktiki biliklərə malik olmur. Nəticədə ali məktəbi yeni bitirənlərə heç kim iş vermək istəmir. Bu, uzun illərdir hökm sürən və nədənsə barəsində çox az danışılan problemdir. Digər tərəfdən son vaxtlar ixtisaslı kadrlara daha çox tələbatı olan sahələrdən biri aqrar sahə olsa da Azərbaycanda bu sahə üzrə peşəkar mütəxəssislər yox dərəcəsindədir. Nəticədə aqrar sahəyə investisiya qoyanlar kadrları yüksək əmək haqqı ödəməklə xaricdən gətirirlər.

 "Əziz Sancar da Bakıda axtardı, tapa bilmədi..."


Etibar Əliyev

Təhsil üzrə ekspert  Etibar Əliyevin virtualaz.org-a bildirdiyinə görə, Azərbaycanda bəzi ixtisaslarda həqiqətən mütəxəssis qıtlığı yaşanır. Ekspert deyir ki, əslində bizim ali məktəblər çox çevik olmalıdırlar, dünyanın aparıcı universitetlərində hansı ixtisaslara daha çox önəm verilirsə, həmin ixtisaslara keçid yaratmalıdırlar. Etibar Əliyevin sözlərinə görə, işsizlik probleminin  aradan qaldırılması üçün mütləq əmək bazarı öyrənilməlidir və ali məktəblər öz vəsaitləri hesabına xaricdın tanınmış mütəxəssisləri dəvət edərək problem aradan qaldıra bilərlər.

"Azərbaycanda bir çox hallarda doğrudan da mütəxəssis qıtlığı mövcuddur. Hətta deyə bilərik ki, bu gün pedaqoji ixtisaslara üzrə mütəxəssis hazırlığında yüksək ixtisaslı pedaqoji kadr çatışmazlığı yaranıb. Bu bizim ali təhsil sisteminin qüsurudur. Ali məktəblərimiz dünyanın aparıcı universitetlərindəki ixtisaslaşamaya böyük önəm verməlidirlər. Sizə bir maraqlı faktı deyim, ötən il kimya sahəsində Nobel mükafatı laureatı Əziz Sancar Bakıya gələrkən malekulyar biologiya sahəsində ixtisaslaşmış gənc axtarardı, amma tapa bilmədi. Bu o deməkdir ki, bütün dünyada molekulyar biologiya çox geniş inkişaf edib, amma Azərbaycanda mütəxəssis taplılmır. Bura həmçinin İKT, kənd təsərrüfatı sahəsi də aiddir. Bu ixtisaslar da yeni dövrün tələblərinə uyğun elmi dəyişikliklərə məruz  qalmalıdır, bu sahədə mütəxəssis hazırlığı həyata keçirilməlidir"-Etibar Əliyev deyir.

Ali məktəblər bir-biri ilə rəqabətə girib ixtisasları təkrarlayır

Ekspertin sözlərinə görə, bir neçə il əvvəl dövlət bu problemi Azərbaycandan dövlət xətti ilə xaricdə təhsil almağa göndərilən  istedadlı gənclərin hesabına həll etmək istəyirdi. Lakin dövlət hesabına dünyanın aparıcı universditetlərinə təhsil almaq üçün göndərilən bu məzunların əksəriyyəti ya ölkəyə qayıtmadılar , ya da qayıtdıqdan sonra iş tələbləri ilə uyğunlaşmadılar.


 

Etibar Əliyev həmçinin eyni ixtisasın bir neçə ali məktəbdə parallel olaraq öyrədilməsini də düzgün hesab etmir: "Ali məktəblər ixtisasları təsis edərkən rəqabət faktorunu ortaya qoymuşdular. Lakin ixtisaslaşmış ali məktəbdə yüksək səviyyədə ixtisas hazırlanırsa, həmin ixtisas o ali məktəbdə qalmalıdır. Məsələn, hüquq, beynəlxalq münasibətlər, jurnalistika, tətbiqi riyaziyyat  - bunlar BDU-ya determinə olunmuş ixtisaslardır. Neft və Sənaye Universitetinin öz spesifik ixtisasları var və sovet dövründən öz ənənəsi var. Həmin ixtisaslar bu universitetdə daha da inkişaf etdirilməlidir", - deyə mütəxəssis qeyd edir.

"Ali məktəblər yenidən təşkil olunmalıdır..."

İqtisadçı ekspert Qadir İbrahimli isə hesab edir ki, ixtisasların əmək bazarına uyğunlaşmaması Azərbaycanda ali məktəblərin hələ də planlı fəaliyyət göstərməsindən xəbər verir.

AZXEBER.COM  xəbər verir ki, ekspertin virtualaz-a bildirdiyinə görə, ali məktəblərdə ixtisaslar Azərbaycanın reallığına adekvat qurulmayıb.

"Elə ixtisaslar var ki,  onları bitirənlər uzun müddət işsiz qalır və ya ümumiyyətlə iş tapa bilmir. Bu ali təhsil sisteminin boşluğudur. Bizim ali məktəblər yenidən , yeni ixtisaslara , sosial reallıqlara uyğun formatlanmalıdır. Burada başqa problemlər də var, belə ki, Azərbaycanda rəqabətədavamlı biznes mühiti yoxdur. Əgər belə mühit olarsa, iri şirkətlər özləri ali məktəblərə müəyyən ixtisaslı kadrlarla bağlı sifarişlər verə bilərlər. Hətta belə şirkətlərlə ali məktəblər arasında müqavilələr də imzalanır. Təəssüf ki, bizdə ali məktəblərə belə müraciətlər olmur", - Q. İbrahimli bildirir.


Qadir İbrahimli

Ekspert hesab edir ki, bu problem tək Təhsil Nazirliyi ilə bağlı deyil. Bəzi dövlət orqanları, o cümlədən, Dövlət İmtahan Mərkəzi, Elmlər Akademiyası, İqitasadiyyat Nazirliyi  işgüzar müzakirələrə cəlb olunmalıdır və hansı ixtisasların saxlanmasına ehtiyac var, onlarla bağlı açıq müzakirələr keçirilməlidir", - deyə Q. İbrahimli bildirir.

Nazirlik açıqladı: əmək bazarında hansı peşələrə ehtiyac var...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirirlər ki, əmək bazarında aparılmış təhlillər nəticəsində hazırda ən çox ehtiyac duyulan ixtisaslar və peşələr, o cümlədən tələbin təklifi üstələdiyi istiqamətlər müəyyən olunub. Nazirlikdən virtualaz.org-a verilən məlumata görə, onların sırasına ali təhsil üzrə 32 ixtisas və həmçinin ilk peşə təhsili üzrə 40-dək peşə daxildir.

Bura karbohidrogenlər üzrə əməliyyatlar mütəxəssisi, kofferdam xüsusi tikinti konstruksiyası üzrə tikinti mütəxəssisi, neft hasilatı üzrə xüsusi proqram Max üzrə baş mühəndis, tikinti üzrə MEP layihə proqramı işləri üzrə menecer, tədris hissə koordinatoru, proqram təminatı yaradıcıları,  dizaynerləri və mühəndisləri, tibbi avadanlıqlar üzrə mühəndis, VEB və multimedia yaradıcıları, geniş profilli nəzarət ölçü cihazlar üzrə mütəxəssis, turizm agenti, əməyin gigiyenası və təhlükəsizliyi üzrə mütəxəssislər, avtomatlaşdırılmış texnologiyalar və istehsal üzrə operator, həmçinin ilk peşə təhsili üzrə arqon qaynaqçısı, diffuzional qaynaqçı, termitli qaynaq qurğusu ilə qaynaqçı, proqramla idarə olunan dəzgahlar üzrə təmirçi, rəqəmlə idarə olunan dəzgahlar üzrə təmirçi, lazerdə kəsici operator, plazmada kəsici operator, karuselçi tornaçı, geniş profilli poladəridən, lentləyici operator (toxucu əyrici), meyvə-tərəvəz ustası, gülbecərən usta, traktorçu-maşinist, bitki mühafizəsi ustası, suvarma maşınları və nasos qurğuları maşinisti, konserv məhsulları və mineral süfrə  suları avadanlıqları üzrə çilingər, dəyirman qurğuları üzrə  çilingər və sair daxildir.


Nazir Səlim Müslümov iş axtaran tələbələrlə

Nazirlikdən həmçinin onu da bildirdilər ki, son illərdə Beynəlxalq Əmək Təşkilatı ilə birgə icra olunan "Təhsildən məşğulluğa: gənc, ali təhsilli, ilk dəfə iş axtaranlara dəstək" pilot layihəsi üzrə ilk dəfə iş axtaran bir qrup gəncin subsidiyalı əsaslarla işə qəbulu həyata keçirilib. Hazırda isə daha 50 nəfərə yaxın ali təhsilli gəncin subsidiyalı əsaslarla məşğulluğunun təminatını nəzərdə tutan layihənin icrası planlaşdırılır.

Ali təhsilli işsizlər...

"Bununla yanaşı, özünüməşğulluq proqramının icrası işlərinə cəlb olunanların da təqribən 20 faizdən çoxunu məhz ali təhsili olan  və işsiz şəxslər təşkil edir. Ötən dövrdə özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin olunan ailələrin sayı 1132 nəfərə çatıb. Həmçinin BMT İnkişaf Proqramı ilə birgə icra olunan "Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı" layihəsi SYSLAB (Yenilik və Məşğulluq üzrə Sistem Laboratoriyası) metodologiyası üzrə gənclərin əmək bazarına inteqrasiyasının dəstəklənməsinə yönəlib. Layihə çərçivəsində Bakıda və müxtəlif bölgələrdə yaradılan SYSLAB Təlim-Tədris Mərkəzlərində ilk dəfə işaxtaran ali təhsilli gənclərdə müasir üsullar, innovativ metodlar əsasında iş axtarışı bacarıqları formalaşdırılıb və onlardan 80 faizə yaxını yeni qazandıqları bacarıqlardan istifadə edərək müxtəlif dövlət və özəl müəssisələrdə münasib iş yerləri ilə təmin ediliblər", - nazirlikdən sorğumuza cavab olaraq təqdim edilən məlumatda göstərilir. 


Oxunma sayı : 1328

SON XƏBƏRLƏR
UEFA Azərbaycanın layihəsini təsdiq etdi - 24 Noyabr 2017, 22:23
Azərbaycanlı biznesmen özünü yandırdı - Polisin hədələrinə görə - 24 Noyabr 2017, 21:58
Brüssel Sammitinin Birgə Bəyannaməsində Şərq Tərəfdaşlığı dövlətlərinin ərazi bütövlüyünü dəstəklənib - 24 Noyabr 2017, 21:29
Dövlət Agentliyinin əməkdaşları qəzaya düşdü: Ölən var – YENİLƏNİB - 24 Noyabr 2017, 21:18
Hərbi Hava Qüvvələrinin taktiki təlimləri keçirilib - 24 Noyabr 2017, 20:50
Azərbaycanlı aktyor Türkiyədə əməliyyat olunacaq - 24 Noyabr 2017, 18:15
Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədrini təbrik edib - 24 Noyabr 2017, 18:14
“Beşiktaş”ın izi ilə gedəcəyik” – Qurban Qurbanov - 24 Noyabr 2017, 18:10
AFFA Cocuq Mərcanlıda mini-turnir keçirəcək - 24 Noyabr 2017, 18:09
Genişləndirilmiş “Nar” LTE şəbəkəsi artıq bölgələrdə - 24 Noyabr 2017, 17:49
Lider TV-də müzakirə: "Efirə çıxan aparıcı bakirə olmamalıdır" - VİDEO - 24 Noyabr 2017, 17:43
Dolların bazar ertəsinə olan məzənnəsi açıqlandı - 24 Noyabr 2017, 17:31
Məşhur futbolçu 9 il azadlıqdan məhrum edildi: Qızı zorladığına görə - 24 Noyabr 2017, 17:31
"Muğanbank"da "Forex" qalmaqalı: 300 minlik dələduzluq - 24 Noyabr 2017, 17:30
"Azərbaycanda cinayətlərin çox cüzi hissəsini qadına qarşı cinayətlər təşkil edir" - Nazirlik - 24 Noyabr 2017, 17:18
Pərvin Abıyeva: "Azərbaycan kişiləri kobud və köhnə fikirlidirlər, türklər kimi romantik deyillər" - 24 Noyabr 2017, 17:00
Dino Ndlovu "Qarabağ"dan gedir? - 24 Noyabr 2017, 16:53
Ramiz Mehdiyev Nikolay Patruşevlə görüşüb - 24 Noyabr 2017, 16:37
Prezident bu qanunlara dəyişiklik təklif etdi - 24 Noyabr 2017, 16:32
Bakıda avtomobil ana, ata və 2 uşağını vurub qaçdı - FOTO - 24 Noyabr 2017, 16:25
Prodüser Tolikə vəzifə verildi - 24 Noyabr 2017, 16:15
Bölgələrdə 4G-yə qoşul və Azercell-dən Hədiyyə İnternet qazan! - 24 Noyabr 2017, 15:53
Prokuror generalın oğluna 6 il həbs cəzası istədi - 24 Noyabr 2017, 15:47
Nazirlər Kabinetinin əməkdaşlarının “Prado”su aşdı - Ölən və yaralananlar var - 24 Noyabr 2017, 15:26
Ramiz Məlik də Məleykə Əsədovanı məhkəməyə verir - 24 Noyabr 2017, 15:10
“İnsanların həyatını biznesin pozitiv gücü ilə yaxşılaşdırmaq” adlı seminar keçiriləcək - 24 Noyabr 2017, 15:04
AZXEBER.COM-u sosial şəbəkələrdə izləyənlərin sayı milyona yaxınlaşır - 24 Noyabr 2017, 14:52
Qənirə Paşayeva Sudan heyəti ilə görüşdü - 24 Noyabr 2017, 14:47
"Qoca"nın qaçdığına görə həbs olunan komandirin yerinə yeni təyinat - 24 Noyabr 2017, 14:37
İŞİD-in köləsinə çevrilmiş Dilbər: "Atam bizi gətirdi... Özü edam olundu" - 24 Noyabr 2017, 14:27
"Bu uşaqdan nə istəyirsiniz?!" - 24 Noyabr 2017, 14:20
Rusiyada azərbaycanlı sahibkar özünü yandırdı - 24 Noyabr 2017, 14:16
Bu yerlərdə siqaret çəkmək qadağan olunur - Siyahı - 24 Noyabr 2017, 14:13
"Niyə əlillərin deputatlığa namizədliyi irəli sürülmür?" - Nazir - 24 Noyabr 2017, 14:04
“Eldar Mahmudov onun evinə tapança qoydurub, həbs etdirdi” - General - 24 Noyabr 2017, 13:35
Ankarada FETÖ əməliyyatı: 79 müəllim barədə həbs qərarı - 24 Noyabr 2017, 13:27
Sabah sulu qar yağacaq - 24 Noyabr 2017, 13:05
Prezidentdən deputatla bağlı - Sərəncam - 24 Noyabr 2017, 12:56
Təcavüz olunan qız intihar etmək istədi - 24 Noyabr 2017, 12:48
İlham Əliyev NATO-nun sammitində çıxış etdi - FOTO - 24 Noyabr 2017, 12:27
Azərbaycanda nə qədər uşaq var? - Son rəqəm açıqlandı - 24 Noyabr 2017, 12:12
Azərbaycan pasportların itirilməsinə görə rüsumları artırır - QİYMƏT - 24 Noyabr 2017, 12:07
Azərbaycanda idman tədbirlərinə normadan artıq vəsait sərf olunub - 24 Noyabr 2017, 11:49
11 yaşlı qız məktəb yoldaşından hamilə qaldı - 24 Noyabr 2017, 11:32
“Ayə, harayə gedirsən?” oxuyan gənc: “Yeni mahnım Naxçıvan ləhcəsində olacaq” - 24 Noyabr 2017, 11:29
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10