Qaçırdığı qızı zorlayan oğlana hökm oxundu

21 Oktyabr 2017, 17:20
AAA
Gəncə Ağır Cinayətlər Məhkəməsində Göygöldə qaçırdığı qızı zorlamaqda təqsirləndirilən İlqar Abbasov, qız qaçırmaqda ona kömək edən Eşqin Vəliyev, Qabil Orucov və Rahil Verdiyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Hakim Zabil Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin qərarı ilə İ.Abbasov Cinayət Məcəlləsinin 144.2.3-cü (adam oğurluğu), 149.1-ci (zorlama) və 170.3-cü (yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmə) maddələri ilə təqsirli bilinərək 11 il, məcəllənin 144-cü maddəsi ilə təqsirləndirilən E.Vəliyev 9 il, Q.Orucov 8 il, R.Verdiyev isə 6 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə istintaqında təqsirləndirilən şəxs 1993-cü il təvəllüdlü İlqar Abbasov ona elan olunan ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərib ki, təxminən 2 il öncə Göygöl rayonunun Zurnabad kəndində yaşayan dostu 1993-cü təvəllüdlü Eşqin Vəliyev ona Göygöl şəhərində Leyla (ad şərtidir) adlı qızın yaşadığını və həmin qızla evlənmək istədiyini bildirib. Lakin onun həmin dövrdə pulu olmadığı üçün evlənmək fikirindən daşınıb, sonra pul qazanmaq üçün Rusiyaya gedib. Bir müddətdən sonra Azərbaycana qayıdan İ.Abbasov dostu E.Vəliyevlə yenidən görüşüb və Leyla ilə evlənmək istədiyini deyib. Eşqin ona Leylanı qaçırtmağı təklif edib və onun bu qərarı ilə razılaşan, İ.Abbasov Zurnabad kəndindən Göygöl şəhərinə gəlib və Leylanın arxasınca texniki peşə məktəbinə gediblər. Leylanın dərsdən çıxacağı zamanı öyrəndikdən sonra Eşqin əmisi oğlu 1990-cı təvəllüdlü Qabil Orucova zəng vurub çağırmağı və Qabilin avtomobili ilə Leylanı qaçırmağı təklif edib. Lakin onların konturu olmadığı üçün Göygöl şəhər avtovağzalına tərəf gedərkən dayısı oğlu 1998-ci il təvəllüdlü Rahil Verdiyev ilə rastlaşıblar və söhbət zamanı Rahilə qız qaçırmağa gəldiklərini deyiblər. Eşqin Rahilin mobil telefonuna kontur yükləyib, Q.Orucova zəng vurub, Qabilə peşə məktəbinin qarşısına gəlməsini, oradan Gəncə şəhərinə gedəcəklərini bildirib.

Bundan sonra Rahil də onlara qoşulub birlikdə texniki peşə məktəbinin qarşısına gəldikdən bir müddət sonra Q.Orucov idarə etdiyi "VAZ-2106” markalı avtomobili ilə peşə məktəbinin qarşısına gəliblər. Eşqin Qabilə Gəncə şəhərinə getməyəcəyini, peşə məktəbində oxuyan Leyla adlı qızı qaçıracaqlarını deyib.
Qabil ona problem yaradacaqlarını bildirdikdə Eşqin heç bir problemin olmayacağını deyib. Həmin günü saat 14:15-də peşə məktəbindən iki nəfər qız çıxıb, Eşqin qızlardan birini göstərib və Leyla olduğunu deyib və həmin iki qız piyada yol gedən zaman o, Eşqin ilə piyada qızların arxasınca, Qabil ilə Rahil isə avtomobillə onların arxalarınca gediblər. Qızlardan biri ayrılıb gedib, o biri isə yolu qarşı tərəfə keçib avtobus gözləyib. O, Eşqinlə qıza yaxınlaşdıqda Qabil avtomobili qızın dayandığı yerə sürüb, avtomobildə arxada əyləşən Rahil arxa sağ qapını açıb, İlqar Eşqin ilə qızın qolundan və ağzından tutub qızın qışqırmağına baxmayaraq, onu zorla avtomobilə mindiriblər.

Avtomobildə arxada Eşqin ilə Rahil, İlqar isə öndə oturub. Qız qışqırıb onlara müqavimət göstərərkən, Eşqin qıza "Leyla, sakit dur”-dedikdə, həmin qız adının Leyla olmadığını, Lalə (ad şərtidir) olduğunu bilirib. Onlar səhv qızı qaçırdıqlarını bildikdə İ.Abbasov, artıq gec olduğunu bildirib, Laləni Zurnabad kəndində yaşayan qardaşı Vüqarın evinə gətirib. Laleni Eşqinlə birlikdə zorla avtomobildən düşürərək evə aparıb. Bundan sonra Laləyə cinsi əlaqədə olmağı təklif edib, lakin Lalə bu təklifə etiraz etsə də, o, zorla Lalə ilə cinsi əlaqədə olub.
///Report
 

Oxunma sayı : 2943

SON XƏBƏRLƏR
Bu xəbərləri yaymaq qadağan edilib - Cərimələnə bilərsiniz - 25 Noyabr 2017, 13:27
Marşrut sahiblərinə XƏBƏRDARLIQ - 25 Noyabr 2017, 13:20
"Aparıcı bakirə olmamalıdır" söhbətinə xanım aparıcılardan maraqlı - Cavablar - 25 Noyabr 2017, 13:16
“Azərbaycan iqtisadiyyatını dəyişdiririk” - İlham Əliyev - 25 Noyabr 2017, 13:14
Bazar günü hava yağmursuz olacaq - 25 Noyabr 2017, 12:44
Bakı metrosunda sərnişinlərə qənim kəsilən qadın tutuldu - 25 Noyabr 2017, 12:32
Ərdoğan aktrisanı tənqid etdi - 25 Noyabr 2017, 11:37
“Çelsi”nin Bakıdan Londona təhlükəli uçuşu - 25 Noyabr 2017, 11:15
Natiq Qədimovun həyat yoldaşı : “Əlvida” demirəm Natiq, görüşəcəyik...” - 25 Noyabr 2017, 00:00
“Şirin”in toyundan – FOTOLAR - 24 Noyabr 2017, 23:54
İlham Əliyevin Brüsselə səfəri başa çatıb – FOTO - 24 Noyabr 2017, 22:46
Brüssel Sammitinin Birgə Bəyannaməsində Şərq Tərəfdaşlığı dövlətlərinin ərazi bütövlüyünü dəstəklənib - 24 Noyabr 2017, 21:29
Hərbi Hava Qüvvələrinin taktiki təlimləri keçirilib - 24 Noyabr 2017, 20:50
Azərbaycanlı aktyor Türkiyədə əməliyyat olunacaq - 24 Noyabr 2017, 18:15
Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədrini təbrik edib - 24 Noyabr 2017, 18:14
“Beşiktaş”ın izi ilə gedəcəyik” – Qurban Qurbanov - 24 Noyabr 2017, 18:10
AFFA Cocuq Mərcanlıda mini-turnir keçirəcək - 24 Noyabr 2017, 18:09
Genişləndirilmiş “Nar” LTE şəbəkəsi artıq bölgələrdə - 24 Noyabr 2017, 17:49
Lider TV-də müzakirə: "Efirə çıxan aparıcı bakirə olmamalıdır" - VİDEO - 24 Noyabr 2017, 17:43
Dolların bazar ertəsinə olan məzənnəsi açıqlandı - 24 Noyabr 2017, 17:31
Məşhur futbolçu 9 il azadlıqdan məhrum edildi: Qızı zorladığına görə - 24 Noyabr 2017, 17:31
"Muğanbank"da "Forex" qalmaqalı: 300 minlik dələduzluq - 24 Noyabr 2017, 17:30
"Azərbaycanda cinayətlərin çox cüzi hissəsini qadına qarşı cinayətlər təşkil edir" - Nazirlik - 24 Noyabr 2017, 17:18
Pərvin Abıyeva: "Azərbaycan kişiləri kobud və köhnə fikirlidirlər, türklər kimi romantik deyillər" - 24 Noyabr 2017, 17:00
Dino Ndlovu "Qarabağ"dan gedir? - 24 Noyabr 2017, 16:53
Ramiz Mehdiyev Nikolay Patruşevlə görüşüb - 24 Noyabr 2017, 16:37
Prezident bu qanunlara dəyişiklik təklif etdi - 24 Noyabr 2017, 16:32
Bakıda avtomobil ana, ata və 2 uşağını vurub qaçdı - FOTO - 24 Noyabr 2017, 16:25
Prodüser Tolikə vəzifə verildi - 24 Noyabr 2017, 16:15
Bölgələrdə 4G-yə qoşul və Azercell-dən Hədiyyə İnternet qazan! - 24 Noyabr 2017, 15:53
Prokuror generalın oğluna 6 il həbs cəzası istədi - 24 Noyabr 2017, 15:47
Nazirlər Kabinetinin əməkdaşlarının “Prado”su aşdı - Ölən və yaralananlar var - 24 Noyabr 2017, 15:26
Ramiz Məlik də Məleykə Əsədovanı məhkəməyə verir - 24 Noyabr 2017, 15:10
“İnsanların həyatını biznesin pozitiv gücü ilə yaxşılaşdırmaq” adlı seminar keçiriləcək - 24 Noyabr 2017, 15:04
AZXEBER.COM-u sosial şəbəkələrdə izləyənlərin sayı milyona yaxınlaşır - 24 Noyabr 2017, 14:52
Qənirə Paşayeva Sudan heyəti ilə görüşdü - 24 Noyabr 2017, 14:47
"Qoca"nın qaçdığına görə həbs olunan komandirin yerinə yeni təyinat - 24 Noyabr 2017, 14:37
İŞİD-in köləsinə çevrilmiş Dilbər: "Atam bizi gətirdi... Özü edam olundu" - 24 Noyabr 2017, 14:27
"Bu uşaqdan nə istəyirsiniz?!" - 24 Noyabr 2017, 14:20
Rusiyada azərbaycanlı sahibkar özünü yandırdı - 24 Noyabr 2017, 14:16
Bu yerlərdə siqaret çəkmək qadağan olunur - Siyahı - 24 Noyabr 2017, 14:13
"Niyə əlillərin deputatlığa namizədliyi irəli sürülmür?" - Nazir - 24 Noyabr 2017, 14:04
“Eldar Mahmudov onun evinə tapança qoydurub, həbs etdirdi” - General - 24 Noyabr 2017, 13:35
Ankarada FETÖ əməliyyatı: 79 müəllim barədə həbs qərarı - 24 Noyabr 2017, 13:27
Sabah sulu qar yağacaq - 24 Noyabr 2017, 13:05
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10