15:29 Bazar Ertəsi, 18 Iyun 2018
SOSİAL

Bakının bu ərazilərində su olmayacaq

11:58, 24.10.2017562
Bakının bu ərazilərində su olmayacaq

"Azərsu" ASC-nin abonentlərinə xəbərdarlıq edilib.

Qurumun İctimaiyyətlə əlaqələr şöbəsindən AZXEBER.COM-a verilən məlumata görə, Bakı şəhəri, Binəqədi rayonu, Fərman Məlikov küçəsindən keçən magistral su xəttində yenidənqurma işlərinin aparılması ilə əlaqədar 24 oktyabr 2017-ci il tarixində gün ərzində Binəqədi rayonu 7-ci və 8-ci mikrorayonlarının bəzi ərazilərinə, eləcə də, Azadlıq prospekti, Cəfər Xəndan və F.Məlikov küçələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranan narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.

XƏBƏR LENTİ