23:30 şənbə, 20 Oktyabr 2018
SOSİAL

Bakının bu ərazilərində su olmayacaq

10:27, 15.11.20171247
Bakının bu ərazilərində su olmayacaq

Bu gün Bakıxanov və Sabunçu qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə AZXEBER.COM-a "Azərsu” ASC-dən məlumat verilib.

Məlumata görə, məhdudiyyət Bakı şəhəri Sabunçu rayonu Yavər Əliyev küçəsindən keçən 1000 mm diametrli magistral su xəttinin qəzalı hissəsinin dəyişdirilməsi ilə əlaqədardır.

"Yaranan narahatlıqla əlaqədar "Azərsu” ASC abonentlərdən üzr istəyir”, - deyə məlumatda vurğulanıb.


XƏBƏR LENTİ