03:23 Bazar Ertəsi, 18 Dekabr 2017
SAĞLAMLIQ

Azərbaycanda daha bir ana ölümü

13:18, 22.11.2017287
Azərbaycanda daha bir ana ölümü

Gəncədə uşaq dünyaya gətirən ana vəfat edib.

Samux rayon sakini, 1988-ci il təvəllüdlü Gülmirə Sədrəddin qızı Eyyubova dünən Gəncə şəhər Abbas Səhhət adına 1 saylı xəstəxananın doğum şöbəsində qeysəriyyə yolu ilə uşaq dünyaya gətirib. 

Əməliyyatdan bir neçə saat sonra - gecə saatlarında qadının vəziyyəti pisləşib və o, dünyasını dəyişib.

Məlumata görə, bu, G. Eyyubovanın 3-cü övladı olub.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

///apa
0
XƏBƏR LENTİ