01:46 Bazar Ertəsi, 22 Oktyabr 2018
ÖZƏL

2018-də büdcədən ən çox pul hara xərclənəcək? - RƏQƏMLƏR

15:31, 27.12.20171147
2018-də büdcədən ən çox pul hara xərclənəcək? - RƏQƏMLƏR

2018-ci ilin dövlət büdcəsinin xərcləri 21 milyard 47 milyon manat məbləğində təsdiq edilib.

Ən çox vəsait ayrılan sahə sənaye, tikinti və faydalı qazıntılar sektorudur. Bu istiqamətə büdcədən 4 milyard 844,4 milyon manat xərclənməsi nəzərdə tutulur.

Ümumi dövlət xidmətləri üçün 2018-ci ilin büdcəsindən 3 milyard 622,8 milyon manat ayrılır.

Müdafiə sahəsi büdcədən 2 milyard 738,7 milyon manat, məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq 1 milyard 329,5 milyon manat alır.

Dövlət borcuna və öhdəliklərə xidmətin göstəricisi 2 milyard 262,7 milyon manat, sosial müdafiə və sosial təminatın göstəricisi 2 milyard 197,2 milyon manatdır.

Təhsilə büdcədən 2 milyard 1,9 milyon manat ayrılır.

Büdcənin gəlirləri 20 milyard 127 milyon manat nəzərdə tutulub. Qanuna görə, gəlirlər üzrə ən böyük proqnoz Dövlət Neft Fondundan transfert olacaq: 9 milyard 216 milyon manat.


XƏBƏR LENTİ