10:32 şənbə, 18 Avqust 2018
KRİMİNAL

Bakıda gənc qızı qrup şəklində zorladılar

19:11, 12.01.20181724
Bakıda gənc qızı qrup şəklində zorladılar
Paytaxtın Sabunçu rayonunda qrup şəklində zorlama hadisəsi baş verib.
 
Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
 
Məlumata əsasən, 51 yaşlı Maştağa qəsəbə sakini qızının zorlanması barədə polisə şikayət edib.
 
Bildirilir ki, yanvarın 8-də iki şəxs qızı naməlum yerə apararaq onu dəfələrlə zorlayıblar.
 
Sabunçu rayon istintaq qrupu qeyd olunan cinayət faktını araşdıraraq, qızı zorlayan şəxslərin izinə düşüb. Əməliyyatçılar onlardan birini saxlayıb. Həmin şəxsin Astara rayon sakini Zöhrab Yaqubov olduğu bildirilir. Cinayətdə onunla əlbir olan digər şübhəlinin Asif adında olduğu müəyyənləşsə də, o hələ ki saxlanılmayıb.
 
Faktla bağlı araşdırmalar davam etdirilir.
XƏBƏR LENTİ