03:01 şənbə, 22 Sentyabr 2018
SOSİAL

Lənkərandakı dəhşətli qəzanın görüntüləri - VİDEO

14:02, 13.01.20181253
Lənkərandakı dəhşətli qəzanın görüntüləri - VİDEO
Bakı-Lənkəran sərnişin mikroavtobusu qəzaya düşüb.
 
AZXEBER.COM ARB TV-yə istinadən xəbər verir ki, hadisə bu gün saat 12:00 radələrində Ələt-Astara magistralının Lənkəranın Ürgə kəndi ərazisindən keçən hissəsində baş verib.

Lənkəran-Bakı reysi üzrə hərəkətdə olan "Ford" markalı sərnişin mikroavtobusu "KİA" markalı avtomobillə toqquşub. Toqquşma zamanı mikroavtobus yolun kənarına aşıb, nəticədə mikroavtobusda olan sərnişinlərdən 9 nəfəri xəsarət alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Qəza zamanı xəsarət alanlar Lənkəran rayonunun Bəliton kənd sakini 58 yaşlı Bəsdiqız Abbasova, onun oğlu, 25 yaşlı Rəşid Abbasov, Lənkəran şəhər sakini, 62 yaşlı Adıgözəl Rzayev, onun həyat yoldaşı, 59 yaşlı Şahnaz Rzayeva, Lənkəran rayonunun Yuxarı Nüvədi kənd sakini, 43 yaşlı İlhamə Hüseynova, Lənkəran rayonunun Vilvan kənd sakini, 18 yaşlı Əli Həsənov, Lənkəran şəhər sakini, 67 yaşlı Namiq Qarayev, Bakı şəhər sakini, 23 yaşlı Samirə Rzayeva və 23 yaşlı Rəşad Rzayevdir.

Ehtiram Qənbərov (Mikroavtobusun sürücüsü): "Saat 12:00 radələrində Bakıya çıxırdım. Göyşəbanın dairəsini keçəndən sona üzü Ürgə kəndinə tərəf gedirdim. Yolun kənarında xarici maşın dayanmışdı. Mən onu ötən vaxtı o, qarşıda döndü. Dönən kimi mən öz maşınımı saxlaya bilmədim, maşın aşdı".

Qeyd edək ki, "KİA" markalı avtomobilin sürücüsü hadisə yerindən qaçıb. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam edir.
 

XƏBƏR LENTİ