22:42 Cümə, 17 Avqust 2018
İDMAN

Əliyar Ağayev Çempionlar Liqası matçında

16:02, 27.07.20184277
Əliyar Ağayev Çempionlar Liqası matçında
Azərbaycanlı FIFA referisi Əliyar Ağayev daha bir avrokubok qarşılaşmasına təyinat alıb. 

AZXEBER.COM xəbər verir ki, həmyerlimiz Çempionlar Liqasında iş başında olacaq.

Ağayev III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində avqustun 7-də Avstriyada keçiriləcək matçda baş hakim olacaq. O, "Zaltsburq” klubu ilə  ikinci təsnifat mərhələsinin "Şkendiya” (Mekdoniya) – "Şerif” (Moldova) cütünün qalibi arasında keçiriləcək qarşılaşmada fit çalacaq

Ona Rza Məmmədov və Zeynal Zeynalov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.

XƏBƏR LENTİ