07:44 Bazar Ertəsi, 20 May 2019
SOSİAL

Bu ərazilərdə işıq olmayacaq

10:36, 15.03.20192125
Bu ərazilərdə işıq olmayacaq
Bu gün Qobustan qəsəbəsi, Kötəl kəndi və Ələt bağlarının bəzi ərazilərində elektrik enerjisinin verilməsində qısamüddətli fasilələr yaranacaq.

"Azərişıq” ASC-dən AZXEBER.COM-a verilən məlumata görə, fasilələr Qaradağ ərazisində yerləşən 110/35/6 kV-luq "AEK” və 35/10 kV-luq "Ələt-Bağlar” yarımstansiyalarında aparılan yenidənqurma işləri ilə əlaqədardır.

Yaranmış narahatçılığa görə "Azərişıq” ASC istehlakçılardan üzr istəyir.
XƏBƏR LENTİ