11:55 Bazar Ertəsi, 16 Dekabr 2019
SOSİAL

Sabahdan məktəblilərin payız tətili başlayır

09:54, 15.11.20196466
Sabahdan məktəblilərin payız tətili başlayır
Sabahdan Azərbaycanın orta məktəblərində payız tətili başlayır.

AZXEBER.COM xəbər verir ki, 2019-2020-ci tədris ilinin 5 günlük tətil noyabrın 16-dan 20-dək davam edəcək.

Noyabrın 21-də dərs olacaq. 

Tədris ilinin 5 günlük qış tətili isə 2020-ci ilin yanvarın 27-də başlayacaq və 31-də bitəcək. 

Qeyd edək ki, ümumi təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb və iyunun 14-də başa çatacaq. Tədris ilinin birinci yarımili 15 sentyabr - 26 yanvar, ikinci yarımili 1 fevral - 14 iyunu əhatə edir.

XƏBƏR LENTİ