03:25 Bazar Ertəsi, 18 Dekabr 2017
TOP4

Azərbaycanda 23 yaşlı gənc qısqandığı üçün bibisini baltaladı

09:59, 04.12.2017616
Azərbaycanda 23 yaşlı gənc qısqandığı üçün bibisini baltaladı
Abşeronda ağır cinayət törədilib.
 
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, rayonun Masazır qəsəbəsinin sakini, 1994-cü il təvəllüdlü Vüsal Şıxəliyev qısqanclıq zəminində bibisi, 1975-ci il təvəllüdlü Yeganə Şıxəli qızı İmamverdiyevaya balta ilə xəsarət yetirib. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
 
Hadisəni törədən V. Şıxəliyev tutulub. O, ifadəsində hadisəni Y. İmamverdiyevanın oğlu, 1999-cu il təvəllüdlü Kamillə birgə törətdiyini bildirib.
 
Faktla bağlı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
0
XƏBƏR LENTİ