00:52 çərşənbə Axşamı, 23 Aprel 2019
SOSİAL

“28 Mall”da bomba var dedi - İndi illərlə həbsdə yatacaq

13:31, 06.08.20186386
“28 Mall”da bomba var dedi - İndi illərlə həbsdə yatacaq

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "28 Mall” Ticarət Mərkəzindəki "Bazarstore” mağazasına bomba qoyması barədə yalan xəbər verməkdə təqsirləndirilən Rəvan Fətəliyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məlum olub ki, ibtidai istintaq dövründə R.Fətəliyev barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Məhkəmənin baxış iclası avqustun 10-na təyin edilib.

Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən, R.Fətəliyev bu il aprelin 4-də Azadlıq prospektində yerləşən "28 Mall” Ticarət Mərkəzindəki "Bazarstore” mağazasına bomba qoyması barədə məlumat verib.

Nizami Rayon Polis İdarəsinin 24-cü bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş rayon sakini, 33 yaşlı R.Fətəliyev tutulub.

Onun barəsində Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə ittiham irəli sürülüb.

Report

XƏBƏR LENTİ