00:55 Bazar Ertəsi, 23 Sentyabr 2019
DÜNYA

29 yaşlı qadın bir gecəlik həvəsin qurbanı oldu - FOTO

20:17, 07.06.20199401
29 yaşlı qadın bir gecəlik həvəsin qurbanı oldu - FOTO

Bir gecəlik münasibətdən hamilə qalan qadın yeni doğulan körpəsini qətlə yetirib.

 İngiltərənin Leyçesterşir qraflğında yaşayan 29 yaşlı Hannah Cobley internetdə tanış olduğu kişiylə ilk dəfədən cinsi əlaqəyə girərək ondan hamilə qalıb.

Arzuolunmaz hamiləlik yaşayan Hanna bunu ailəsindən belə gizlədib. Hamidan gizlin uşaq doğan qadın onu öldürdükdən sonra cəsədi fermada basdırıb.

Qadın uşağı boğub, sonra da başına zərbələr endirib.

Hanna ifadəsində uşağın ölü doğulduğunu iddia etsə də, Google-da etdiyi axtarışlar onu ifşa edib. Belə ki, qadının "Google" araşdırmalarına görə, onu öldürmək niyyətində olduğu aşkar görünüb.

Leyçester məhkəməsinin qərarı ilə Hanna həbs olunub.

 

Unikal.org

XƏBƏR LENTİ