10:38 çərşənbə Axşamı, 11 Dekabr 2018
DÜNYA

3 uşaq anası özünü qatarın altına atdı - Səbəb

14:05, 30.11.20183381
3 uşaq anası özünü qatarın altına atdı - Səbəb
3 uşaq anası özünü qatarın altına atıb.

AZXEBER.COM Milli.Az-a istinadla xəbər verir ki, ərinin xəyanətindən sonra depressiyaya düşən 40 yaşlı qadın intihar edib.

Dietoloq işləyən 40 yaşlı Yinka Makkey (Yinka McKay) ərinin başqa qadını zorladığına görə həbsindən sonra psixoloji travma alıb.

Onun şirkət müdiri işləyən əri Tinder sosial şəbəkəsində tanış olduğu qadını zorladığına görə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Yinka Makkey əri ilə bağlı zorlama iddiası təsdiqini tapandan sonra övladlarını məktəbə aparı və ardınca qatar stansiyasına gələrək canına qəsd edib.

İngiltərənin Çeşir qraflığındakı "Birchwood" dəmiryol stansiyasına gələn Yinka özünü Liverpuldan Mançesterə gedən qatarın altına atıb. O, hadisə yerindəcə keçinib.

Qeyd edək ki, cütlük 2000-ci ildə ailə qurmuşdu. Onların 3 övladı var.
XƏBƏR LENTİ