22:57 çərşənbə, 21 Avqust 2019
Maqazin

35 yaşlı Hüseyn tələbə oldu

10:44, 09.08.20194627
35 yaşlı Hüseyn tələbə oldu
Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu tələbə adını qazanıb.

AZXEBER.COM xəbər verir ki, 35 yaşlı musiqiçi bu il universitetə imtahan verən və ali məktəbə daxil olan abituriyentlərdən olub. Tələbə adını qazanan Hüseyn sosial şəbəkə hesabında sevincini dostları və izləyiciləri ilə bölüşərək bunları yazlıb:

"Dostlar, tələbə adı mənə də qismət oldu. Yaşım 35 olsa da, dedim, qoy oluramsa, ali savadlı musiqiçi olum. Bu il Universitetə qəbul olan hər kəsi təbrik edirəm. Milli Konservatoriyaya qəbul oldum".

Hüseyn estrada sənəti fakültəsinin tələbəsi olub.
 

 


XƏBƏR LENTİ