05:40 Bazar Günü, 22 Sentyabr 2019
SOSİAL

4 ay əvvəl itkin düşən şəxs qar uçqunu altında qalaraq öldüyü məlum oldu

16:31, 20.05.20192344
4 ay əvvəl itkin düşən şəxs qar uçqunu altında qalaraq öldüyü məlum oldu
Ötən gün Lerik rayonu ərazisində meyiti tapılan İveri kənd sakini, 1978-ci il təvəllüdlü İsmayılov Amil Rəvvağ oğlunun qar uçqunu altında qalaraq öldüyü məlum olub.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, dörd ay əvvəl itkin düşən şəxsin meyitinin tapıldığı yerin yaxınlığında sellofan torbada narkotik vasitə aşkar olunub.

Qeyd edək ki, fevral ayında itkin düşən A.İsmayılovun meyiti İranla sərhəd zolağı yaxınlığındakı çöllük ərazidə tapılıb.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ