15:17 çərşənbə, 15 Avqust 2018
DÜNYA

6 gündür yoxa çıxan kişini görüşdüyü evli qadının əri öldürübmüş - Şok təfərrüat

17:35, 19.01.20181521
6 gündür yoxa çıxan kişini görüşdüyü evli qadının əri öldürübmüş - Şok təfərrüat

Türkiyənin Karaman rayonunda 6 gündür axtarılan Yasin Uzunun (35) görüşdüyü iddia edilən evli qadının əri tərəfindən öldürüldüyü ortaya çıxıb.

Yasin Uzunu öldürən Hikmet Y. (45) qonşusudur. Şübhəli qonşusunu odun parçası ilə döyə-döyə öldürüb. 

Polis Hikmet Y.-nin evinin bağçasında apardığı axtarış zamanı Yasin Uzunun cəsədini çuxurda aşkar edib. 

Şübhəli Hikmet Y.-nin sosial şəbəkə hesabında Yasin Uzunun itməsi xəbərləri ilə bağlı paylaşım etdiyi ortaya çıxıb.

Saxlanılan 5 nəfərin dindirilməsi davam edir

 
///Milli.Az
XƏBƏR LENTİ