16:57 Bazar Günü, 22 Iyul 2018
DÜNYA

6 yaşlı uşağı qaçırıb, atasına bu fotosunu göndərdilər - 5 min manata görə ... - VİDEO

11:26, 15.05.20187223
6 yaşlı uşağı qaçırıb, atasına bu fotosunu göndərdilər - 5 min manata görə ... - VİDEO
Türkiyənin Qaziantep rayonunda Suriya əsilli 6 yaşlı Yemen Kasımı qaçırıb, iplə əl-qolu sarılmış halda çəkdikləri fotosunu atası Ahmed Kasıma göndərən naməlum şəxs 10 min lirə (təxminən 5 min manat) tələb edir.
 
AZXEBER.COM Milli.Az-a istinadən xəbər verir ki, fotonu görüncə şoka düşən Ahmed Kasım polisə xəbər verərək, oğlunun tapılmağını istəyib.

Hadisə 24 aprel tarixində baş verib.

Ahmed Kasım ifadəsi zamanı: "Mən hər ay ərzaq yardımı alırdım. Bu dəfə də ona görə getmişdim. Oğlum dükana yollanmaq üçün pul istədi, verdim. Sonra qayıtmayınca yarım saat oralarda oğlumu axtardım, amma tapa bilmədim. Mənə zəng gəldi. Zəng edən şəxs "Oğlunun adı Yemenmi?" soruşdu, sonra "Oğlun yaxşıdır, narahat olma, bazara gəl görüşək" dedi. Mən də getdim. Mənim əlil arabamdan tutub, oğlumdan bəhs etdi. Pul qarşılığında oğlumu verəcəklərini və polisə xəbər verməməyimi tapşırdı. Telefonumu götürüb, oğlumun əlləri, ayaqları bağlanmış rəsmini göndərib, nömrəsini telefonumdan sildi" deyib.

Polis axtarışını davam etdirir.


XƏBƏR LENTİ