00:21 Bazar Ertəsi, 10 Dekabr 2018
SOSİAL

64 yaşlı müəllimə intihar etdi

21:11, 12.07.20185020
64 yaşlı müəllimə intihar etdi

Ucarda intihar hadisəsi olub.

AZXEBER.COM-un APA-ya istinadən xəbərinə görə, hadisə ötən gün rayonun Şilyan kəndində baş verib.

Kənd sakini, 1954-ci il təvəllüdlü Tahirə Saleh qızı Nağıyeva özünü yaşadığı evin həyətindəki yardımçı tikilidən ot ipi ilə asaraq intihar edib.

 

Kənd sakinləri T. Nağıyevanın sakit təbiətli insan olduğunu deyirlər. Qadının hansı səbəbdən özünə qəsd etməsi hələlik məlum deyil. 

T. Nağıyeva müəllimə işləyib.

Faktla bağlı Ucar Rayon Prokurorluğunda araşdırma aparılır.

XƏBƏR LENTİ