21:39 Cümə, 06 Dekabr 2019
SOSİAL

70 min oğurlayanın atası “Cahan Holding”də rəhbər imiş... - Foto

16:55, 03.10.20163360
70 min oğurlayanın atası “Cahan Holding”də rəhbər imiş... - Foto
 
 
Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Gəncədə holdinqə məxsus seyf oğurlanmışdı. Baş Cinayət Axtarışı İdarəsi, Baş Dövlət Yol Polisi İdarəsi, DİN-in Təhlükəsiz Şəhər Xidməti, Xəzər RPİ, Gəncə ŞBPİ və Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənlər saxlanılıb. 

Bu gün isə Daxili İşlər Nazirliyi sözügedən hadisə ilə bağlı məlumat yayıb. AZXEBER.COM xəbər verir ki, nazirliyin yaydığı məlumatda qeyd olunur ki, oğurluq  "Cahan Holding” MMC-nin Gəncə şəhər filialında baş verib. Quldurluq yolu ilə içərisində 61250 manat və 6000 ABŞ dolları olan seyfi aparan Gəncə şəhər sakini Asif Əliyev və Bakı şəhər sakini Vasif Əliyev tutulublar.

Qeyd edək ki, saxlanılan Asif Əliyev "Cahan Holding”in Gəncə nümayəndəliyin rəhbəri Azər Əliyevin oğlu, Vasif Əliyev isə qardaşı oğludur.
 


 

 
 
XƏBƏR LENTİ