19:47 Bazar Ertəsi, 23 Iyul 2018
KRİMİNAL

77 yaşlı ərəb qadın oteldə öldü

19:02, 27.12.2017973
77 yaşlı ərəb qadın oteldə öldü
Hadisə 25 dekabrda "Qafqaz Sport Hotel”də qeydə alınıb.
 
Gecə saat 10 radələrində BƏƏ vətəndaşı, 1940-cı il təvəllüdlü Ayişə Xalid Məhəmmədin dincəldiyi oteldə meyiti tapılıb.
 
"Ölkə.Az”-ın əldə etdiyi məlumata görə, dünyasını dəyişən qadın oteldə həyat yoldaşı və 2 oğlu ilə birgə istirahətdə olub.
 
Həmçinin Qəbələ Mərkəzi Rayon Xəstəxanasından bildirdilər ki, "əvvəllər ürəyindən əməliyyat olunan qadın Qəbələ Mərkəzi Rayon Xəstəxanasına kəskin ürək, ağciyər çatışmazlığı ilə bağlı müraciət edib. Ona bütün yardımlar göstərilib və xəstəxanada müalicə almağı məsləhət görülüb. Ancaq qadın iltizamnamə yazıb ki, mənim uçuşum var, ölkəmə qayıtmalıyam. Bundan sonra qaldığı otelə qayıdan ərəb qadın orada dünyasını dəyişib”.
 
Qeyd edək ki, dünyasını dəyişən qadın həm xərçəng, həm də şəkərli diabet xəstəliyindən əziyyət çəkib. Ötən gün qadının nəşini yaşadığı ölkəyə göndərmək üçün sənədlər hazırlanıb və ölkəsinə göndərilib. Qəbələ rayon prokurorluğundan bildirdilər ki, qadında kliniki ölüm olduğuna görə, faktla bağlı heç bir araşdırma aparılmır.
XƏBƏR LENTİ