11:28 Cümə, 24 Yanvar 2020
SOSİAL

8 nəfəri öldürən sürücü ilə bağlı dəhşətli fakt üzə çıxdı: “Az qalıb, 240-la gedəcəm"

12:28, 12.07.20199340
8 nəfəri öldürən sürücü ilə bağlı dəhşətli fakt üzə çıxdı: “Az qalıb, 240-la gedəcəm
Qardaş az qalıb, 240-la gedə biləcək mikroavtobusa da sahib olacam.

AZXEBER.COM unikal.org-a istinadən xəbər verir ki, bu sözləri iyul ayının 9-da Masallıda "Mercedes Benz Vito 115" markalı, 99 LH 458 dövlət qeydiyyat nişanlı mikroavtobusla törətdiyi qəza nəticəsində 8 nəfərin ölümünə səbəb olan Mustafayev Nizami Malik oğlu sosial şəbəkələrdəki səhifəsində bildirib.

"Mercedes Benz Vito 115" markalı" mikroavtobusdan əvvəl "Ford" markalı mikroavtobus idarə edən N.Mustafayev sosial şəbəkədə özünü sürətli mikroavtobus sürücüsü kimi tanıdıb. Dostlarından bəziləri N.Mustafayevi "Ford" markalı mikroavtobusu yavaş idarə etməyi, bəziləri isə sürət həddi yüksəltməyi ona tövsiyə edirlər.

N.Mustafayev sürət həddi yüksək olan başqa bir mikroavtobusa yaxın vaxtlarda sahib olacağını dostlarına anons edir və belə cavab verir: "Az qalıb gedəcək".

Beləliklə, bir müddət sonra N.Mustafayev 8 nəfərin ölümünə səbəb olan "Mercedes Benz Vito 115" markalı, 99 LH 458 dövlət qeydiyyat nişanlı mikroavtobusun görüntülərini sürət sevən dostlarına paylaşır.

Həmin görüntüləri sizlərə təqdim edirik:
 

 

 

 

 

 

 



WordPress Hostinq
7.99 AZN -dən başlayan qiymətlərlə
• Pulsuz Domen
• Pulsuz SSL Sertifikat
• 20GB Disk Həcmi
• 1 Hesabdakı saytlar
• Limitsiz E-poçt
Daha ətraflı informasiya üçün: https://hostimul.com/az/hosting-azerbaycan/

XƏBƏR LENTİ