08:24 Bazar Günü, 17 Dekabr 2017
DÜNYA

8 yaşlı uşağı zorlayan şəxsdən dəhşətə gətirən açıqlama: "Uşağı qaçırmaq daha asandır"

13:06, 08.08.2017651
8 yaşlı uşağı zorlayan şəxsdən dəhşətə gətirən açıqlama:
İstanbulda 8 yaşlı qız uşağına təcavüz etdiyi üçün vətəndaşlar tərəfindən ölümcül döyülən Mehmet Bekmez prokurorluqda yetkin bir qadını qaçırmağın çətin olduğu üçün uşaq qaçırdığını söyləyib.

İstanbulda 14 iyul günü 7 yaşlı qardaşı ilə birlikdə Quran kursuna gedən 8 yaşlı suriyalı S.E.M. 43 yaşlı Mehmet Bekmez və qardaşı (38) tərəfindən bir avtomobilə mindirilib, qaçırılıb.

Zorladı, dönərkən QƏZAYA DÜŞDÜ

Azyaşlı qızı Şile yolunun üstündəki meşəlik bir sahəyə aparan Mehmet onu zorlayıb. Uşağı yenidən qaçırtdığı yerə gətirmək istəyərkən bir yük maşınına çırpılıb. Azyaşlı qızın qəza sonrası qışqırığına gələn insanlara qaçırıldığını dedikdə, şübhəlilər qaçmağa çalışıb. Lakin vətəndaşlar tərəfindən tutulan Mehmet Bekmez ölümcül şəkildə döyülərək linç edilmək istənilib. Polis qrupları tərəfindən ölümdən xilas edilən Mehmet nəzarətə alınıb. Qaçan qardaşı Xəlil Bekmez də bir gün sonra tutulub.

Mehmet prokurorluqdakı ifadəsində cinsi istəklərinə hakim ola bilmədiyini, yaşı böyük bir qadını qaçırmağın və əlaqəyə girməyin çətin olması səbəbi ilə azyaşlı bir qız uşağını qaçırmağa qərar verdiyini söyləyib. Bekmez qardaşları həbs olunublar.
 
///Milli.Az
0
XƏBƏR LENTİ