16:30 çərşənbə, 25 Aprel 2018
Maqazin

8 yaşlı Vasif ifası ilə hər kəsi valeh etdi - VİDEO

18:12, 12.07.20174449
8 yaşlı Vasif ifası ilə hər kəsi valeh etdi - VİDEO
Vasif azyaşlı olsa da səsi və performansı ilə çoxlarını təəcübləndirə bilib. 
 
AZXEBER.COM xəbər verir ki, balaca istedad Vasif xanəndəliyə hələ uşaq yaşlarından başladığını bildirib. "6 yaşımdan muğamla məşqul oluram. Muğam ağır sənətdir amma çalışıram öhdəsindən gəlim. Mənə bu sənətdə dəstək olan isə müəllimim Vüqar Müsalidir.
 
8 yaşlı Vasif atasının istəyi ilə bu sənətə gəldiyini və ona layiqli övlad olmaq istədiyini də deyib: "Atam muğam həvəskarıdır. Onun istəyi ilə mən də muğamı seçmişəm. Əminəm ki, bu sənətdə uğur qazanacam".  

Vasif ən çox dinlədiyi sənətkarın da adını açıqlayıb: "Ən çox sevdiyim muğam ifaçısı xalq artisti Mənsum İbrahimovdur. Onunla birlikdə muğam ifa etmək istəyərdim. İnşallah yeni klip və mahnı üzərində çalışırıq. Yeni mövsümdə təqdim edəcəm. Xanəndəliklə yanaşı pianoda da ifa edə bilirəm”
 
Vasifin "ATV Maqazin"ə müsahibəsini təqdim edirik: 
 
 

 

 

 

 

 



0
XƏBƏR LENTİ