11:01 çərşənbə, 24 Iyul 2019
MƏDƏNİYYƏT

9 yaşlı istedad daha bir uğura imza atdı – Baş rola çəkildi – FOTOLAR

14:44, 31.03.201941102
9 yaşlı istedad daha bir uğura imza atdı – Baş rola çəkildi – FOTOLAR
Tanınmış və sevilən müğənni, Əməkdar artist Aybəniz Haşımovanın rəhbərlik etdiyi "Bülbüllər” qrupunun solisti və Sənət Akademiyasının tələbəsi, istedadlı-9 yaşlı ifaçı Həsən Əliyev daha bir uğura imza atıb.

AZXEBER.COM-un xəbərinə görə, balaca istedad bu dəfə filmə dəvət alıb və baş rolun uşaqlıq dövrünə çəkilib.

Bu haqda isə A. Haşımova məlumat verib.

Onun qeyd etdiyinə görə, H. Əliyev dahi dramaturqumuz Cəfər Cabbarlının məşhur "Solğun çiçəklər” əsəri əsasında çəkilən filmin çəkilişlərinə dəvət edilib və baş rola-Bəhram roluna (obrazına) çəkilib:

"O filmdə Bəhramın uşaqlıq illərini oynayıb. Bu, bir müəllim, sənət adamı kimi məni çox sevindirdi. Çünki tələbəmin və qrupumuzun solistininin bu yaşda filmə çəkiləməsi böyük hadisədir. Azru edirəm ki, Həsənin uğurları bundan sonra da davamlı olsun”-deyə, A. Haşmova sözlərinə əlavə edib.

Qeyd edək ki, filmdə yer alan sənətçilər arasında "Əhməd haradadır?” və "Axırıncı aşırım” filmlərindən hər kəsə yaxşı  tanış olan istedadlı aktyor, tanınmış sənətçi Elxan Qasımov da var.

Həmçinin, qeyd edək ki, kinonun ssenari müəllifləri Xəyyam Abdullayev, Reyhan İsayeva, quruluşçu rejissorları Xəyyam Abdullayev, Elməddin Alıyev, quruluşçu operatoru Elman Əliyev, quruluşçu rəssamı Aydın Əsgərov, prodüseri Yalçın Verdiyev, baş prodüseri isə Balakişi Qasımovdur.
 

 

 

 

 

 

 

 


XƏBƏR LENTİ