ABA nəzdində yeni Ekspert Qrupunun yaradılması üzrə iclas keçirilib

ABA nəzdində yeni Ekspert Qrupunun yaradılması üzrə iclas keçirilib
İQTİSADİYYAT
10:58 20.04.2018
4269
Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində yaradılacaq "Ticarətin və layihələrin maliyyələşdirilməsi üzrə” yeni Ekspert Qrupunun formalaşdırılması üzrə iclas keçirilib.

AZXEBER.COM xəbər verir ki, iclasda Ekspet Qrupunun fəaliyyətinin əhatə edəcəyi sahələr, qarşısında duran məsələlər və onların həlli imkanlarından danışılıb.

Qrupun fəaliyyəti əsasən aşağıdakı istiqamətləri əhatə edəcək:

-Azərbaycan Respublikasının qanunvericiliyinin akkreditiv, qarantiyaların, inkasso və sair sənədli əməliyyatların beynəlxalq qanunvericiliyin tələblərinə uyğunluğunun təhlil edilməsi;

– sözügedən bank məhsullarının təqdim edilməsində qarşıya çıxan və potensial problemlərin müzakirəsi;

– Qeyd olunan sahədə beynəlxalq standartların tətbiq edilməsi imkanlarının araşdırılması və ölkədə bank fəaliyyətinin tənzimlənməsini həyata keçirən orqanlar tərəfindən normativ aktlarda dəyişikliklərin aparılması zamanı müvafiq təkliflərin verilməsi;

– xarici banklarla əlaqələrin qurulması və genişləndirilməsi perspektivlərinin nəzərdən keçirilməsi;

– ixrac kredit agentlikləri və digər xarici maliyyə institutları vasitəsilə Azərbaycanda irimiqyaslı, uzunmuddətli layihələrin maliyyələşdirilməsi sahəsində imkanların araşdırılması, yerli və xarici banklarla təcrübə mübadiləsi, bu istiqamətlərdə aparılan gündəlik əməliyyatlarda qarşıya çıxan problemlərə dair müzakirələrin aparılması və məqsədəuyğun tövsiyələrin verilməsi kimi məsələləri əhatə edəcəyi bildirilib.

İclasın sonunda "Ticarətin və layihələrin maliyyələşdirilməsi üzrə” yeni Ekspert Qrupunun yaradılması zərurəti və Qrupa sədr qismində "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Korporativ biznes departamentinin direktoru – Yasin Cəlilovun namizdəliyinin Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinə təklif edilməsi qərara alınıb.

Məlumat üçün qeyd edək ki, Yasin Cəlilov "Xəzər” Universitetində beynəlxalq iqtisadi əlaqələr və Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda politoloq ixtisasları üzrə bakalavr, Azərbaycan Dövlət Neft Akademiyasında isə iqtisadiyyat və menecment ixtisası üzrə magistr dərəcəsinə yiyələnib. Həmçinin 2015-2018-ci illərdə Böyük britaniyanın "Warwick Business School” ali məktəbində MBA dərəcəsi üzrə təhsilini davam etdirib.

Yasin Cəlilov peşəkar fəaliyyətinə 1996-cı ildən Azərbaycan Beynəlxalq Bankının Sənədli əməliyyatlar şöbəsində aparıcı mütəxəssis kimi başlayıb. O, qazandığı təcrübə sayəsində 2006-cı ildə daha məsul vəzifəyə təyin olunmaqla fəaliyyətini Korporativ biznes departamentinin direktor müavini – Ticarətin və layihələrin maliyyələşdirilməsi şöbəsinin müdiri kimi davam etdirib. 2011-ci ildən hal-hazıradək Korporativ biznes departamentinin direktoru vəzifəsində çalışır. Y.Cəlilov sənədli əməliyyatlar sahəsində 22 illik təcrübəyə malikdir və qazandığı təcrübə sayəsində bir çox respublikadaxili və xarici ticarət layihələrinin maliyyələşdirilməsində yaxından iştirak etməklə öz töhfəsini verib.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Barselona" futbolçusu ilə müqavilə müddətini uzadıb
01:10 14.03.2025
"Barselona" futbolçusu ilə müqavilə müddətini uzadıb
Makron Bakı və İrəvan arasında sülh sazişinin mətni üzrə razılaşmanı alqışlayır
00:26 14.03.2025
Makron Bakı və İrəvan arasında sülh sazişinin mətni üzrə razılaşmanı alqışlayır
Ceyhun Bayramov BMT nümayəndəsi ilə mina təhlükəsi ilə mübarizəni müzakirə edib
23:52 13.03.2025
Ceyhun Bayramov BMT nümayəndəsi ilə mina təhlükəsi ilə mübarizəni müzakirə edib
Ağstafada dönərdən zəhərlənənlərin  sayı 10-a yüksəldi
23:43 13.03.2025
Ağstafada dönərdən zəhərlənənlərin sayı 10-a yüksəldi
Goranboyda 9 sinif şagirdinin qaçırıldığı iddia olunur
23:26 13.03.2025
Goranboyda 9 sinif şagirdinin qaçırıldığı iddia olunur
Dünənki qəzada həlak olan TƏBİB əməkdaşı iki gün əvvəl işə başlayıbmış - TƏFƏRRÜAT
23:16 13.03.2025
Dünənki qəzada həlak olan TƏBİB əməkdaşı iki gün əvvəl işə başlayıbmış - TƏFƏRRÜAT
Azərbaycan-Yunanıstan ikitərəfli və çoxtərəfli münasibətləri müzakirə olunub-FOTOLAR
23:13 13.03.2025
Azərbaycan-Yunanıstan ikitərəfli və çoxtərəfli münasibətləri müzakirə olunub-FOTOLAR
Ceyhun Bayramov Çinin Avropa məsələləri üzrə sabiq nümayəndəsi ilə regional məsələləri müzakirə edib
23:07 13.03.2025
Ceyhun Bayramov Çinin Avropa məsələləri üzrə sabiq nümayəndəsi ilə regional məsələləri müzakirə edib
"Barselona" futbolçusu ilə müqavilə müddətini uzadıb
22:56 13.03.2025
"Barselona" futbolçusu ilə müqavilə müddətini uzadıb
İsveç Ukraynaya 18 ədəd “Archer” artilleriya qurğusu göndərəcək
22:43 13.03.2025
İsveç Ukraynaya 18 ədəd “Archer” artilleriya qurğusu göndərəcək
Azərbaycan yunan-Roma güləşçiləri Avropa çempionatında 1 gümüş, 2 bürünc medal qazanıblar
22:27 13.03.2025
Azərbaycan yunan-Roma güləşçiləri Avropa çempionatında 1 gümüş, 2 bürünc medal qazanıblar
SOCAR Gürcüstandakı Kulevi neft terminalını genişləndirməyi planlaşdırır
22:22 13.03.2025
SOCAR Gürcüstandakı Kulevi neft terminalını genişləndirməyi planlaşdırır
Ağstafada dönərdən zəhərlənən şəxslərin kimliyi məlum olub
22:14 13.03.2025
Ağstafada dönərdən zəhərlənən şəxslərin kimliyi məlum olub
Avstriya XİN Bakı və İravanın sülh sazişi mətninin razılaşdırılmasını alqışlayır
22:06 13.03.2025
Avstriya XİN Bakı və İravanın sülh sazişi mətninin razılaşdırılmasını alqışlayır
"Real"ın futbolçusu 1 aya yaxın yaşıl meydanlardan kənar qalacaq
21:56 13.03.2025
"Real"ın futbolçusu 1 aya yaxın yaşıl meydanlardan kənar qalacaq
ABŞ Maliyyə Nazirliyi zərurət halında Rusiyaya qarşı sanksiyaları gücləndirməyə hazırdır
21:45 13.03.2025
ABŞ Maliyyə Nazirliyi zərurət halında Rusiyaya qarşı sanksiyaları gücləndirməyə hazırdır