02:38 Cümə, 23 Fevral 2018
MARAQLI

"Abort etdiyimə görə Allah məni bağışlayarmı?"

23:23, 15.06.2017710
Əgər qadının uşağı dünyaya gətirməsi onun sağlamlığı üçün ciddi təhlükə yaradarsa, abort etməyə icazə verilir. Digər bütün hallarda isə abort etmək böyük günahdır.
 
Böyük günah edən səmimi qəlbdən peşman olmalı və Allaha bağışlanmaq üçün dua etməlidir. Allahın rəhmətindən ümidini üzməməli, bununla yanaşı günahlardan çəkinməli və çoxlu xeyirli əməllər etməlidir - namaz və digər ibadətləri çoxaltmaq, valideynlərə yaxşılıq etmək, sədəqə vermək və s. Uca Allah buyurur: "O kəslər ki, bir pis iş gördükdə, yaxud özlərinə zülm etdikdə Allahı xatırlayıb günahlarının bağışlanmasını diləyərlər, - günahları Allahdan başqa kim bağışlaya bilər? - onlar bilə-bilə etdiklərinə görə israr etməzlər". (Ali İmran, 135).
 
zikr.az
0
XƏBƏR LENTİ