18:45 Bazar Günü, 16 Iyun 2019
DÜNYA

Azərbaycanlının vəhşicəsinə öldürdüyü qadının - FOTOLARI

12:15, 08.04.20195444
Azərbaycanlının vəhşicəsinə öldürdüyü qadının - FOTOLARI
ABŞ-ın Viskonsin ştatında 23 yaşlı ukraynalı Tatyana Qujva qəddarlıqla qətlə yetirilib. Hüquq-mühafizə orqanları qətlin törədilməsində onun həyat yoldaşı Fuad Paşayevi şübhəli bilirlər.

AZXEBER.COM qafqazinfo-ya istinadən xəbər verir ki, Viskonsin-Dels şəhərinin polis departamentindən bildirilib ki, Qujvanın meyiti aprelin 4-ü axşam  saatlarında Vaşinqton bulvarında yerləşən evdə tapılıb.

Polis onun 31 yaşlı əri Fuad Paşayevi şübhəli qismində saxlayıb. 

İlkin məlumata görə, Paşayevə qarşı hələ yanvar ayında məişət zorakılığına görə 11 bənd üzrə ittiham irəli sürülüb. Belə ki, o zaman da zərərçəkmiş Tatyana olub.

Hazırda iş Kolumbiya dairə məhkəməsinin sərəncamındadır. Şübhəliyə qarşı boğma, azadlıqdan qanunsuz məhrumetmə, əmlakın məhv edilməsi, hücum və daha beş qanundan kənar davranış tərzi üzrə ittihamlar irəli sürülüb.

Qeyd olunur ki, T. Qujva hələ yanvarın 3-də polisə müraciət edərək  Paşayevin onu öldürəcəyindən qorxduğunu deyib. O bildirib ki, birlikdə yaşadıqları üç il ərzində Paşayev alkoqollu içkilər qəbul edib və dəfələrlə onu döyüb.
 

 

 

 

 

 

 

 


XƏBƏR LENTİ