04:36 Cümə, 14 Dekabr 2018
DÜNYA

ABŞ-da müəllim qaradərili şagirdi edamla hədələdi

18:53, 12.01.2018664
ABŞ-da müəllim qaradərili şagirdi edamla hədələdi
ABŞ-ın Ohayo ştatının orta məktəblərindən birində ağdərili müəllim afroamerikalı şagirdlərdən birini danladığına görə irqçilikdə ittiham olunur.
 
Bu barədə "New York Post”a istinadən xəbər verir.
 
İnsident ötən ilin dekabr ayında baş versə də, fakt bu yaxınlarda ortaya çıxıb. 13 yaşlı şagirdin ifadəsinə görə, müəllim "dərslərini yaxşı oxumayacağı təqdirdə, Linç məhkəməsi (Linç məhkəməsi – cinayət əməlində və ya hər hansı qəbul olunmuş ənənələri pozmaqda şübhəli bilinən şəxsin, istintaqsız-məhkəməsiz izdiham tərəfindən edam edilməsi - red.) ilə üzləşəcəyini söyləyib.
 
Məktəb rəhbərliyi bildirib ki, əslində, müəllim yeniyetmənin xətrinə dəymək istəməyib. Ancaq şagirdin bundan qəzəblənmiş anası müəllimin işdən kənarlaşdırılması tələbi ilə yerli qurumlara şikayət edib.
 
Xatırladaq ki, bundan əvvəl təhsil ocağında irqi zəminli qalmaqal yanvarın 11-də ABŞ-ın Viskonsin ştatının Miluoki şəhər məktəbində yaşanmışdı. Müəllim dördüncü sinif şagirdlərinə "quldarlığın üç əsas üstünlüyü” mövzusunda inşa yazmağı tapşırmışdı. Bir çox şagird bu tapşırığı yerinə yetirməkdən boyun qaçırmışdı.
 
oxu.az
XƏBƏR LENTİ