ABŞ-da xüsusi prokuror Nigar Talıbovanın hesablarını araşdırır, Trampa doğru irəliləyir - FOTO

06 Noyabr 2017, 17:00
AAA
ABŞ-da Rusiyanın president seçkilərinə Donald Trampın xeyrinə müdaxiləsini araşdıran xüsusi prokuror, FTB-nin keçmiş direktoru Robert Müller yaxın günlərdə prezidentin yaxın ətrafına daxil olmuş şəxslərə qarşı yeni ittihamlar irəli sürəcək. 

AZXEBER.COM virtualaz.org-a istinadən xəbər verir ki, bu haqda NBC News telekanalına təhqiqatla tanış olan mənbələr deyiblər. Gözlənilir ki, xüsusi prokuror ABŞ prezidentinin keçmiş milli təhlükəsizlik müşaviri, general Maykl Flinnə və oğlu Maykla ittiham irəli sürəcək.

Maykl Flinn Trampın keçid komandasının üzvü olub və daha sonra milli təhlükəsizlik müşaviri təyin edilib. Lakin cəmi 24 gün bu vəzifədə işlədikdən sonra qalmaqala istefa verib. Səbəb isə general Flinnin Rusiyanın Vaşinqtondakı səfiri Sergey Kislyakla təmasları barədə vitse-prezident Maykl Pensə yalan məlumat verməsinin üzə çıxması olub. Maykl Flinn Moskva ilə Trampın komandası arasında gizli sövdələşmə şübhələri fonunda nəzərləri ilk cəlb edən fiqurlardan biridir.

Robert Müller

Xatırladaq ki, bundan əvvəl xüsusi prokuror Trampın seçki qərargahının rəhbəri olmuş Pol Manaforta və onun biznes ortağına qarşı ittiham irəli sürüb. Lakin bu ittihamlarda Rusiyanın adı çəkilmir, Manafort Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin xeyrinə lobbiçilik fəaliyyəti həyata keçirərək əldə etdiyi on milyonlarla dolları vergidən yayındırmaqda ittiham olunur. Bununla belə istisna deyil ki, Manaforta Rusiya ilə bağlı ittiham istintaqı gedişində irəli sürülə bilər.

Maykl Flinnə qarşı irəli sürülməsi gözlənilən ittihamlar da onun lobbiçilik fəaliyyəti ilə bağlıdır. Hazırda Müllerin komandası ona qarşı ittiham irəli sürmək üçün əlavə şahidləri dindirir. Flinnin oğlu, atasının işlərində ona kömək edən Maykla da analoji ittihamlar irəli sürülməlidir.



Mənbələr deyiblər ki, Müllerin komandası Maykl Flinnin Amerika-Türkiyə münasibətlərinə təsir göstərmək, türkiyəli və amerikalı siyasətçilər arasında görüşlər təşkil etmək üçün milyonlarla dollar aldığına dair məsələni araşdırır. Belə ki, NBC telekanalının mənbələrinin bildirdiyinə görə Trampın inauqurasiyasından bir neçə həftə sonra Ağ ev Fətullah Gülənin Türkiyəyə təhvil verilməsi ilə bağlı yeni mövqe işləyib hazırlamağa çalışıb. İndi Müllerin komandası araşdırmaq istəyir ki, Flinn Türkiyə hakim dairələrində aldığı milyonlar hesabına bu mövqenin formalaşmasına təsir edibmi?

Flinn Trampın seçki komandasının üzvü olarkən Türkiyənin xeyrinə gizli lobbiçilik edib. Ona pulları Ekim Alptekin adlı iş adamı özünün Hollandiyada qeydiyyatdan keçmiş "İnovo BV" konsaltinq şirkəti üzərindən köçürüb.

Maykl Flinn

Flinnin FTB-yə təqdim etdiyi sənədlərə əsasən o, ötən il sentyabrın 9-dan noyabrın 14-nə qədər "İnovo BV" firmasından üç dəfəyə olmaqla cəmi 530 min dollar alıb. Alptekinin amerikalı vəkillərinin bildirdiyinə görə, bu pulların heç biri Türkiyədən göndərilməyib. Bu ilin aprelində Alptekin Hollandiya mətbuatına deyib ki, Flinnin layihəsi üçün pullar onun arvadının və İsrailin təbii qaz şirkəti "Ratio Oil Exploration"un hesabından ödənilib. Ancaq İsrail şirkəti Alptekinlə hər hansı əlaqələrinin olduğunu təkzib edib.

Bəs Alptekinin arvadı kimdir? Amerika mətbuatı yazır ki, bu, azərbaycanlı model, bir vaxtlar iki digər modellə birlikdə Türkiyənin "Adrenalin" adlı populyar olmayan pop-qrupunda solist olan Nigar Talıbovadır (Nigar Alptekin). Həmin pop-qrupun YouTube-də 2012-ci ildə yerləşdirilmiş videoklipi cəmi 4387 dəfə izləyib. Nigar Alptekinin Tvitter bloquna isə cəmi 155 nəfər yazılıb.

Ekim Alptekin

Lakin internetdə Nigar Talıbovanın çoxsaylı açıq-saçıq, hətta lüt fotolarına rast gəlmək mümkündür. Bu gözəlçə ilə bağlı xəbərlər vaxtaşırı olaraq Azərbaycanın sarı mediasının da səhifələrində özünə yer tapır. Onun türkiyəli milyonçu Ekim Alptekinlə evlənməsi barədə xəbərlər də o cümlədən.

Hazırda Müllerin komandası Alptekinin general Flinnə ödədiyi pulların mənbəyini də araşdırır. Və təbii ki, bu araşdırmada azərbaycanlı seksual modelin də adı keçir...


Oxunma sayı : 1093

SON XƏBƏRLƏR
Könülün qızının xınası oldu -Foto- Video - 20 Noyabr 2017, 23:50
“Çelsi” futbolçuları Bakıya yola düşüblər – FOTO - 20 Noyabr 2017, 22:57
Elmira Axundovanın oğlu ittihamlara cavab verdi - 20 Noyabr 2017, 22:16
Dönər aparatının üzərində ət yerinə siçanlar — Bakıda ŞOK VİDEO - 20 Noyabr 2017, 22:09
Abbas Bağırovun toyundan - Fotolar - 20 Noyabr 2017, 21:45
Rejissor və aktrisa haqqında ölüm fərmanı - Öldürənə mükafat veriləcək - 20 Noyabr 2017, 21:12
Sabah Bakının bir hissəsində təbii qaz olmayacaq – XƏBƏRDARLIQ - 20 Noyabr 2017, 20:50
UEFA Azərbaycanın 6 komandasına maliyyə yardımı edib - 20 Noyabr 2017, 20:29
Rusiyada dublaj qadağan edilir - 20 Noyabr 2017, 20:09
Türkiyədə NATO-dan çıxmaq məsələsi müzakirə olunur - 20 Noyabr 2017, 18:20
Tanınmış vəkilin fəaliyyəti dayandırılıb - 20 Noyabr 2017, 18:00
Masallı sakinlərinin 20 illik yol problemi – VİDEO - 20 Noyabr 2017, 17:29
Yol polisi sürücünü döyülməklə təhdid etdi - VİDEO - 20 Noyabr 2017, 17:20
Əli Həsənovun nəvəsinin məhkəməsi başlayır - 20 Noyabr 2017, 17:18
Abbas Bağırovun toyudur - 20 Noyabr 2017, 17:13
“Oğlum toy gecəsi ağlayaraq evə gəlib...” - Qatilin anası - 20 Noyabr 2017, 17:04
Azərbaycanda əsgərin ölümündə təqsirləndirilən gizir azadlığa buraxıldı - 20 Noyabr 2017, 16:43
Ağdamda 15 yaşlı Qığılcımın intiharı: “Sınaq imtahanında az bal yığıbmış...” - 20 Noyabr 2017, 16:33
Astarada dağ uçdu, qaya parçaları yolu bağladı - 20 Noyabr 2017, 16:28
"Mən bunun müalicəsi üçün haralara kimi getməmişəm" - 20 Noyabr 2017, 16:15
Azərbaycanlı müğənni türkiyəli ərindən boşandı? - 20 Noyabr 2017, 16:09
Nazirliqdən xəbərdarlıq: Azərbaycanda toz dumanı olacaq - 20 Noyabr 2017, 15:57
Bakıda 6 aylıq körpə ölü tapıldı - 20 Noyabr 2017, 15:54
"Azərbaycan Qərbin etibarlı tərəfdaşı hesab olunur" - Əli Həsənov - 20 Noyabr 2017, 15:40
Doğuşdan sonra komaya düşən qadının vəziyyəti ağırdır - RƏSMİ - 20 Noyabr 2017, 15:16
“Rasim Balayev 1300 manat təqaüd alır...” - İttifaqdan açıqlama - 20 Noyabr 2017, 15:11
Müğənnilərin toy qiymətləri - Abbas 16 min, Elton 15 min - 20 Noyabr 2017, 14:56
"Qarabağ" - "Çelsi" matçı kimə həvalə olundu? - 20 Noyabr 2017, 14:50
Barama Lissabon veb-sammitində - 20 Noyabr 2017, 14:46
Akif Çovdarov apellyasiya şikayəti verib - 20 Noyabr 2017, 14:27
Azərbaycanlı hərbçi qız partlayış zamanı həlak oldu - FOTOLAR - 20 Noyabr 2017, 14:12
İdmançı qızı öldürən sürücüyə hökm oxundu - 20 Noyabr 2017, 14:09
"Dağlıq Qarabağla bağlı bütün ideyalar danışıqlar masasındadır" - Nazir - 20 Noyabr 2017, 13:59
Yeni yaradılan dövlət qurumunda maaşlar nə qədər olacaq? - 20 Noyabr 2017, 13:51
"Ərəb Baharı"ndan sonra indi də "Afrika Baharı" - Qara qitədəki diktatorlar devrilir - 20 Noyabr 2017, 13:44
“Adım Nurlandır, dostlarım “Pərvanə” deyir” - Transların cinayəti - 20 Noyabr 2017, 13:28
Temperatur 5-7 dərəcə düşəcək, qar yağacaq - Xəbərdarlıq - 20 Noyabr 2017, 13:23
"Qarabağ" - "Çelsi" oyunu üçün 400 avtobus ayrıldı - 20 Noyabr 2017, 13:09
Bakıda zavodda partlayış: ölən və yaralanan var - 20 Noyabr 2017, 13:06
“Heç nə kömək etmir…” - Fuad Poladov ağır durumda - 20 Noyabr 2017, 12:51
Qazaxda faciəvi şəkildə həlak olan 5 bacının tək qardaşı - FOTO - 20 Noyabr 2017, 12:48
Deputat oğlunun şəriki həbs olundu - 20 Noyabr 2017, 12:31
Lotu Quliyə qarşı sui-qəsdin TƏFƏRRÜATI - 20 Noyabr 2017, 12:12
"Erməni təxribatının qurbanı olmuş övladlarımızın qanı yerdə qalmayacaq" - İlham Əliyev - 20 Noyabr 2017, 11:56
“Gərək qocalaydın ki, ürəyin "yumşalaydı"!?” - Flora Kərimovadan ağır sözlər - 20 Noyabr 2017, 11:38
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10